Hesablama Palatası tələbə pulunu yeyən Abel Məhərrəmovu “vurdu – Şok detallar
26-07-2017, 20:58
Hesablama Palatası Bakı Dövlət Universitetində (BDU) korrupsiya faktı aşkarlayıb.
Ölkənin qocaman ali məktəbi növbəti dəfə mənimsəmə faktı ilə gündəmə gəlib.
Bu dəfə nə tələbə, nə mətbuat BDU-dan yazıb, dövlətin orqanı olan Hesablama Palatası araşdırma aparıb. Məlum olub ki, təqaüdlərdə yeyinti olub.
Universitetdə ödənişli əsaslarla təhsil almış və müxtəlif kurslardan akademik məzuniyyətə getmiş tələbələrin qabaqcadan ödənilmiş təhsil haqqı məbləğləri kreditor borc kimi, müxtəlif səbəblərdən xaric edilmiş təhsil alanlar üzrə təhsil haqqı məbləğləri, tələbələr sırasından xaric edilmiş əcnəbi tələbələrin təhsil haqqı məbləğləri debitor borcunda əks etdirilməyib.
“Maarifçi Tələbə Kredit” fondu ilə təhsil krediti haqqında müqavilə imzalayan tələbələr üzrə hesablanmış təhsil haqqı məbləği universitetin zərərinə silinib.
Dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilmiş tələbələr üzrə təhsil haqqı məbləği dövlət büdcəsinə qaytarılmayıb.
Akademik borcu olan BDU-nu bitirmiş və diplom almış tələbələrin kredit haqqı üzrə mövcud olan borcu da universitetin debitor borcu kimi uçotda öz əksini tapmayıb.
RealMedia.az xəbər verir ki, ulus.az-ın məlumatına görə, Palatanın yoxlaması rektor Abel Məhərrəmovun istifadə edilməyən təqaüdlərin vaxtında büdcəyə qaytarmadığını təsdiqləyir.
Yəni, rektorluq mənimsəməyə yol verib. Bakı Dövlət Universiteti özəl universitetləri geridə qoyub – indi rüşvət ittihamlarında.
Qocaman ali məktəbin günbəgün nüfuzunu aşağı salan rəhbərlik rüşvətə son qoymaq əvəzinə açıq şəkildə ittiham irəli sürənləri təhdid edir, qorxudur, tələbələri məhkəməyə verir.
Məsələn, tələbə Zəka Mirağayev İlahiyyat fakültəsindəki rüşvət hallarının araşdırılmasını tələbinə görə məhkəməyə verilib.
Abel Məhərrəmov tarixdə yeganə rektordur ki, tələbəni məhkəməyə verir. Hətta adı tez-tez rüşvətdə çəkilən özəl təhsil ocaqlarının rektorları belə tələbəni məhkəməyə verməyib.
İlkə imza atmaqda mahir olan A.Məhərrəmovun növbəti “uğur”u bir neçə il əvvəl BDU-da tələbələrin rüşvətə qarşı etiraz aksiyası keçirməsi idi. İndiyə qədər heç bir universitetin qabağında rüşvətə qarşı etiraz mitinqi olmamışdı.
O zaman keçirilən açıq görüşdə BDU-nun tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə Kiçiyeva rüşvət vermədiyi üçün imtahandan kəsildiyini mikrofona demişdi.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az