Asif Ağayevin rayonunda yenə narazılıq var - VİDEO

2-08-2017, 13:19           
Asif Ağayevin rayonunda yenə narazılıq var - VİDEO
Şamaxıda 15 illik müqavilə ilə verilmiş 1000 hektara yaxın torpaq sahəsi müqavilənin müddəti bitməmiş geri alınır

Həmin ərazilərdə mal-qara saxlayan fermerlər indi çarəsiz qalıblar. Rayon kənd təsərrüfatı idarəsindən isə bildirilir ki, otlaq sahələri əkin sahəsi kimi istifadə olunacaq.

15 illik müqavilə bağlayan fermer sənədin müddətinin bitməsinə 5 il qalmış örüş sahəsindən məcburi çıxarılır.

teref.az xezerxeber.az-a istinadən bildirir ki, Şamaxının Çölgöylər kəndi yaxınlığında yerləşən qışlaq ərazilərdə torpaq qalmaqalı yaşanır. 11 ailənin məskunlaşdığı bu ərazilər bütün sənədləri qaydasında olduğu halda öz sahibindən alınır. Rayonun Adnalı kənd sakini fermer Hacışirinbala Şirinov müqavilə ilə aldığı örüş sahələrini istifadə edə bilmir.

980 hektar ərazi 2007-ci ildə rayon icra hakimiyəti tərəfindən müvafiq sənəd əsasında Hacışirinbala Şirinova "Örüş sahəsi olaraq" istifadə edilməsi üçün 15 illiyə icarəyə verilib. İcarəyə götürülən sahə bu günə qədərheyvanların otlaq sahəsi kimi istifadə edilib. İndi isə ona bildirilib ki, həmin əraziləri tərk etməlidir və sahələr əkin üçün istifadə olunacaq.

Şamaxı rayon kənd təsərrüfatı idarəsinin rəisi Hafiz Əzizov bildirib ki, həmin ərazilər artıq qış otlaq sahəsi deyil, əkin sahəsi kimi istifadə olunur. 2016-cı ilin sentyabr ayından etibarən ölkə başcısının sərəncamına uyğun olaraq "Ölkə ərazisində toxumçuluq təsərrüfatının genişləndirilməsi və aqroparkların yaradılması" məqsədilə torpaqların təyinatı dəyişdirilib. Fermerlərləbağlanmış həmin müqavilələr də bu səbəbdənöz qüvvəsini itirib. Fermerlər tərəfindən tikilmiş bır sıra tikililərə, ev və tövlələrə görə isə kompensasiya ödəniləcək.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.