Məcburi köçkünlər Alı Alıyevin əlindən dad eləyirlər:"400 baş qaramal və 4 min baş qoyun-quzunu məhv edir."
2-08-2017, 20:05
teref.az olaraq elektron poçrumuza daxil olmuş məcburi köçkünlərin Füzuli Rayon İcra Hakimiyətinin Başçısı Alı Alıyevdən şikayətlərini sizə təqdim edirik. Şikaytətçilər yazır:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Füzuli rayonunun Haramı düzündə məskunlaşmış məcburi köçkünlər tərəfindən
ƏRİZƏ
Hörmətli prezident, Sizə bildiririk ki, Füzuli Rayon İcra Hakimiyətinin Başçısı Alı Alıyev Ulu Öndərimiz Heydər Əliyevin 17 sentiyabr 1998-ci il tarixli 895№-li sərəncamını və cənab prezidentimizin 1 iyul 2014-cü il tarixli 298№-li sərəncamlarının əlehinə olaraq Füzuli rayon Haramı düzündə məskunlaşmış 8 (səkkiz) ailə, 70 nəfər məcburi köçkün – Orada yaşayanı qanunsuz olaraq, şəxsi mənafeyi naminə yenidən didərgin salaraq 400 baş qaramal və 4 min baş qoyun-quzunu məhv edir. Biz 8 fermer təsərrüfatı hər il minlərlə ton taxıl, 300-400 ton pambıq və digər kənd təsərrüfatı məhsulları istehsal edirik. Bütün bunlara baxmayaraq Alı Alıyev fironluq edərək polisin gücü ilə bizi təqib edib, yenidən didərgin salır...
Xahiş edirik, bizim və ailəmizin həyatının təhlükədə olduğunu nəzərə alaraq bizə kömək edəsiniz. Biz məcburi köçkünlər Sizi dəstəkləyirik və Sizə inanırıq.
İMZALAR:
1. Həsənov Vilayəddin Havarxan oğlu. AZE № 15790757 (tel: 051 572 66 69)
2. Axundov Cəfər Əmrah oğlu. AZE №08226143 (tel: 051 733 37 93)
3. Xəlilov Əli Abı oğlu. AZE № 09757222 (tel: 333 80 15)
4. Novruzov Sabir Tufan oğlu. AZE № 05394106 (tel: 050 388 33 20)
5. Səlimov Şahin Nüsrəddin oğlu. (tel: 050 719 32 79)
6. İbrahimov Kənan Sehran oğlu. AZE № 08592202 (tel: 050 504 02 42)