Onda belə çıxır ki,“Standard Insurance Georgia” şirkətinin əməkdaşı Artur Arakelyan etnik fransızdır? - FOTOLAR

31-08-2017, 12:13           
Onda belə çıxır ki,“Standard Insurance Georgia” şirkətinin əməkdaşı Artur Arakelyan etnik fransızdır? - FOTOLAR
Bu gün Qafqaz Xəbər Agentliyinin elektron poçt ünvanına növbəti dəfə “Standard Insurance Georgia” şirkəti haqqında yeni məlumatlar daxil olub.

Redaksiyamıza daxil olan məlumatı olduğu kimi oxuculara təqdim edirik: “Axşamınız xeyirli olsun, Standard İnsurance şirkətinin mətbuatda gedən məlumatla bağlı təkzib verməsini oxudum. Teymuraz Simonyanın etnik yezidi bir kürd və hətta gürcü olduğu iddia edildi …. Bu yalandır, Simonyan erməni soyadıdır və şirkət bu faktdan qaça bilməz. Göndərdiyim məlumatda Standard İsurance Georgiya-da işləyən digər erməni Artur Arakelyan haqqında məlumat təqdim etmişəm. (əlavə fotoya bax). Onda belə çıxır ki, Artur Arakelyan da etnik bir fransızdır. Həmçinin təqdim etdiyim yazışmalarda bir şirkətin sığortası haqqında danışılır (başlıqda bir erməni şirkətinin identifikasiya nömrəsi görsənir, həmin reyesterdən çıxarışı sizə göndərirəm). Erməni işçilər, erməni müştərilər (reyesterdən çıxarışda hətta Ermənistan yazılıb …) Həm də keçən il şirkət satılıbsa bəs niyə idarə heyətinin üzvləri hələ də eyni şəxslərdir?
İndi özünüz düşünün ….
Şirkət Avropa şirkətidir, baş direktoru da (Hüseynov) və azərbaycanlı qrupun əsas lobbisti (Ələkbərovdur).
teref.az olaraq “Standard Insurance Georgia” şirkətinin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.