İLHAM RƏHİMOVUN SAĞ ƏLİ “PEYKAN” LƏQƏBLİ TEYMUR KİMDİR?

20-05-2018, 10:59           

“Putinin dostu” kimi tanınan iş adamı İlham Rəhimov barədə ölkə mətbuatında çoxsaylı yazılara rast gəlmək olar. Onların arasında tərif və həmçinin tənqid dolu yazılar da var.
Ancaq biz neytral mövqe tutaraq sadəcə 365info saytına daxil olan məlumatları oxucularmızla bölüşürük.

Daxil olan məlumata görə təkcə bizim ölkədə bir qrup məmurlar büdcədən ayrılan pulları dağıtmır. Bu cür işlərlə Rusiyada məşğul olan şəxslərdən biri də İlham Rəhimovun sağ əli sayılan, əslən Tovuz rayonundan olan Peykan ləqəbli Teymur adlı şəxsdir.

Peykanın özünün dediyi kimi yazsaq, guya Rusiya prezidenti Putinin hələ Sankt-Peterburqda işləyən vaxtlarında dəfələrlə Peykan onu Tovuzda qarşılayıb və qulluğunda durub. Yəni, Peykanın sözündən belə çıxır ki, o Putini İlham Rəhimov vasitəsilə tanısa da özü də şəxsən Putinlə münasibət qura bilib. Ancaq bunun dəqiq belə olmasını biz bilə bilmərik.

365info saytına daxil olan məlumata görə Peykan Rusiyada bir qrup məmurların vasitəsi ilə, izi itirmək üçün hesabdan-hesaba keçən dövlət büdcəsinin pullarını sələmlə Azərbaycanlı iş adamlarına verir ki, onlar Rusiyada iş görsünlər. Ancaq Peykanın biznesi bununla bitmir.

Əldə etdiyimiz məlumata görə Peykan Ukraynadan Rusiya ərazisinə daxil olan tranzit yüklərin keçməsinə də nəzarət edir. Bir sözlə Ukrayna Rusiya ilə müharibə şəraitində olmasından Peykan yaxşı qazanc əldə edir. Hətta onun bir “hobbisi” də var; Peykan Ukraynadan ölkəmizə iri buynuzlu heyvanlar gətirməklə məşğul olur. Tez-tez onun gətirdiyi heyvanlar Rusiya ilə sərhəd olan gömrük postundan keçdiyindən o hətta həmin ərazidə öz adamlarının olmasını istəyib.

Belə ki, Peykanın gətirdiyi heyvanlar güzəştli qiymətlə Bakı Baş Gömrük İdarəsində gömrükdən keçir. Ancaq Bakı Gömrük idarəsində bəzi məlum məsələlərlə əlaqədar vəziyyət dəyişdiyi üçün, Peykan öz adamını Xaçmaz Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin etdirir.

Həmin şəxs İlham Rəhimovun əmisi oğlu Pərviz Rəhimovdur. Pərviz Rəhimov bu vəzifədən 6 ay əvvəl Şirvan Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu. Ancaq Peykan onu Xaçmaz Gömrük İdarəsinin rəisi vəzifəsində görmək istədiyi üçün Pərviz Rəhimovun iş yeri dərhal Xaçmaza dəyişdirildi. İndi də Azərbaycanın bəzi işbazları gedib çıxıb Peykanın yanına və onunla ruslar demişkən “krupnı işlər” görmək istəyirlər.

Ancaq 365info saytına daxil olan məlumata görə, əslən Azərbaycandan olan həmin bir qrup işbazlar Peykana “krupnı atacaqlar”.

Apardığımız araşdırmalara görə Peykan Rusiyada özünü iş adamarı kimi təqdim edən, narkotik istifadəçiləri olan şəxslər tərəfindən artıq atılıb. Və Peykan sələmə verdiyi dövlət büdcəsindən ayrılan pulları onlardan ala bilmir. Çox güman ki, Peykana qarşı “atmaq” kampaniyası Bakıdan idarə olunaraq davam etdirilir.
Qarşı tərəfi dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.