Azərbaycanın məşhur istirahət mərkəzində erməni mahnısı səsləndirilib – VİDEO

10-07-2018, 01:04           

Novxanı qəsəbəsində yerləşən “Ləman” Ailəvi İstirahət Mərkəzində erməni mahnısı səsləndirilib.

teref.az bildirir ki. bu barədə Bizimyol.info-ya həmin restoranın müştərisi məlumat verib.

O bildirib ki, Rusiyadan gələn turistlər erməni mahnısını sifariş verib oynayıblar: “Mən “Ləman” Ailəvi İstirahət Mərkəzinin əməkdaşlarına səslənən mahnının erməni mahnısı olduğunu bildirdim. Etirazıma baxmayaraq mahnı sona qədər səsləndirildi”.

Məsələ ilə bağlı “Ləman” Ailəvi İstirahət Mərkəzinin meneceri Könül Quliyeva bildirib ki, səsləndirilən mahnı müştərinin sifarişi olub: “Restoran əməkdaşları mahnının erməni mahnısı olduğunu bilməyiblər. Əməkdaşlara məsələ agah olandan sonra dərhal mahnının səsləndirilməsi dayandırılıb. Yalnışlığa görə üzr istəyirik və bu bir daha təkrar olunmayacaq”.
[media=https://www.youtube.com/watch?v=34ckBY8lAiE]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru