Adsız yazı...
6-09-2020, 19:56
Politoloq Nəzakət Məmmədova, haqqımda yazdığı əxlaq standartına uymayan statusunu da silib, onula bağlı çox səmimi, narahatlıq və xəbərdarlıq dolu FB üzərindən paylaşdığım yazının altında, eyni tonda yazdığı, böhtanlı kommentləri də. Çox minnətdaram Allahıma, üç günə bir insanı hidayət etdiyi üçün. Gəl ki, ilk kommenti özüm silməklə bu xanımı qorumağa çalışmışdım. Sonra durmadı, bir də yazdı, bir də yazdı. Elə bil niyəsə məcbur qalırdı, məcbur edilirdi. Sevgili Nəzakət və onu mənə qarşı yönəldən istifadə etməyə çalışan sürü təfəkkürlülər, eşidin:
-Mənim kimi qadınların namusu şükürlər olsun ki, bu məmləkətdə söz konusu olmur. Bu məmləkətin çölləmə olan adamı da, Jalə Mütəllimovanın əxlaqını ləkələməyə abır edərdi, siz etmədiniz. Həm də bu hoqqada bir qadından yararlanmağa çalışdınız.
Qadın Azərbaycan cəmiyyətinin, Azərbaycan ailəsinin, Azərbaycan kişisi və dövlətinin baş tacı olub, simvolu olub hər dönəmlərdə. Iki düşmən azərbaycanlı kişi, ailəsini bir birinə əmanət edəcək qədər inam dolu və etibarlı olublar.
Nakişiliyə yaxınlaşmısınız deyə sizə Kərbəlayi Ismayıl nümunəsini xatırladım. Türkiyəyə sovetlərin əlidən qaçmağa məcbur olur, qatı düşməninə həvalə edir gəlinini və nəvəsini ki, sənin yanında qalsalar, arxayın gedəcəm. O da həmin ailəni ölən gününə qədər balalarından ayırmır. Qadın bu qədər müqəddəs bilinib Azərbaycanda.
Siz ən çox tənqid etdiyim, küçə bloqeri A(a)ta-nızla üstümə gəldiniz, Atanın "levıy" bacısı yazdırdınız adıma, dinmədim. Məni jurnalist olaraq Gülən oyununa çəkməyə çalışdınız, guya müdafiə etdiniz ki, AZTV-dən nurçu olmadığı üçün qovulub, susdum. Balalarımı söydünüz, danışmadım. Çalışdığım yerlərdən qovdurdunuz, səsim çıxmadı. Indi də bir qadınla namusumu, şərəfimi iki paralıq etdirməyəmi çalışdınız?
Bilirəm, bu olayın arxasında sərasər bir il işimi-gücümü atıb, məhkəməsində müdafiəsinə durduğum Qurban Məmmədovun da əli var idi.
Bu gün dardadır, Allah köməyi olsun balalarının, nə deyim! Dili bir, içi başqa ata üzündən əzab çəkirlər. Iyirmi ildən çox evsiz yaşayan üç uşaq anası, bir ailə qadını kimi deyirəm ki, bu olay çox acı mənzərə idi. Amma siz yenə də düşünün, nə qədər mənim kimilərinin namusuna ləkə vurub, həyatını qaraldıb, aciz duruma salıb sizin himayəçiləriniz.
Bir də qadınlar o yana dursun, bir sürü müəmmalı, adından beddam "kişilər" var idi, haqqımda Nəzakət Məmmədovaya züy tuturdular. Heç nədən başı çıxmayan, nifrət dolu kəmfürsətlər, barı utandınızmı, yazdıqlarınız silinib atılanda? Sizi yer gizlətsin, deyəcəm, amma gəl ki, yerə də yüksünüz...
...Nə isə... Allah dövlət, vətən, millət üçün çalışan hər qələmə güc versin, haqsızlığa uğrayan hər əldən, bu məsələdə mənim əlimdən necə turdusa, eləcə tutsun.
Sizsə əziz Nəzakət, özünüzdən, ruhunuzdan, muğayat olun. Sevgi dolu olun, gülümsəyin, gözəl yaşayın. Allah bunu etmək üçün sizə hər şey verib. Görünüş, zövq, ictimai nüfuz, sağlam can, övlad. Qalır bunları yerində istifadə eləməyi bacarmaq.
P.S. Mən bu yazıya ad qoya bilmədim. Çünki namusa atılan camurdan bəhs edən yazıya nə başlıq qoysan eybəcər görünəcək. Allah bizi və dövlətimizi eybəcərliklərdən qorusun!
Jalə Mütəllimova
06.09.2020.