Beriya erməni katibi kabinetdə niyə güllələdi? - İran xalçasına bükülüb quyuya atılan cəsədin SİRRİ

26-02-2016, 23:27           

SSRİ-nin liderləri arasında hər biri özünəməxsus keyfiyyətləri ilə seçilirdi. Lavrenti Beriyanı dostları da, düşmənləri də emosiyasız adam kimi tanıyırdı. Kimsə onun hislərə qapılaraq hansısa hərəkət edəcəyini güman etməzdi. Tarixçi İosif Aqafonov yazırdı ki, Beriyanın Zaqafqaziyanın Mərkəzi Komitəsinin birinci katini təyin edilməsi Stalinin təşəbbüsü idi. Stalini 3 ölkənin- Gürcüstan, Azərbaycan və Ermənistanın gələcəyi çox narahat edirdi. Buna görə də onları “cilovlamaq” üçün Beriya kimi enerjili birinin rəhbər təyinatı vacib idi. Beləliklə, Beriya təyinatı alan kimi dərhal fəaliyyətə başladı. Cebhe.info “Tbiliselebi” qəzetinə istinadən Beriya və Ermənistanın o zamanki birinci katibi Xancyanın “əhvalatını” təqdim edir. Deyilənə görə, 16 milyonluq Zaqafqaziya Beriyadan narazı deyildi. Beriyanın yumşaqlığı Ermənistan rəhbərliyinin fikrini o qədər qarışdırmışdı ki, qoca və təcrübəli bolşevik Xancyan Tiflisə, onun yanına gəldi. Aqasi Xancyan özü ilə Beriyaya sədaqət və loyallıq əlaməti olaraq hədiyyə də gətirmişdi. Qədim İran xalçasını birbaşa Beriyanın kabinetinə gətirmək cəsarətində olan erməni birinci katibin yanında daha 3 nəfər vardı. Onlar xalçanı Beriyanın kabinetinə qoyub dərhal da mehmanxanaya qayıtdılar. Beriya xalçaya baxıb soruşdu:

-Bu nədir ki, 3 nəfər güclə gətirdi? -Bu, qədim İran xalçasıdır. Onu erməni xalqı sidq-ürəkdən sizə hədiyyə edir. -Yəqin ki, bu, çox bahadır. -Dostluq qiymətsizdir, Lavrenti Pavloviç… -Siz haqlısınız, yoldaş Aqasi, bizim xalqların dostluğunun nişanəsi olan bu xalça Dövlət Muzeyinə veriləcək. Beləliklə, Beriya rüşvəti götürməyəcəyini bildirdi və ona Ermənistandakı vəziyyətə dair suallar verməyə başladı. Ermənistanın birinci katibi söhbətin sonunda yenidən gürcü və erməni xalqarının dostluğu mövzusuna qayıtdı. Beriya anlayırdı ki, birinci katib nəsə çox ciddi bir söhbətə gəlib, ona görə də bahalı xalça gətirib. Birdən Xancyan ərazi məsələsinə toxundu: – Lavrenti Pavloviç, bizim çox az məhsuldar torpaq sahəmiz var. Xalqımız adından sizdən xahiş edirik ki, yoldaş Stalinə çatdırasınız ki, o, bizə Cavax torpaqlarını versin. Bu ərazi bizim xalqa məxsusdur. Söhbətin bu yerində kabinetə Serqo Qoqoladze daxil oldu. Qoqoladze Beriyanın yaxın dostu və sadiq adamı idi, onun kabinetinə icazə istəmədən də daxil olmaq haqqı olan yeganə əməkdaşdı. Daha sonralar o, Beriyann işi üzrə istintaqa ifadəsində demişdi: “Lavrenti Pavloviç bu söhbətdən sonra erməni dilində qışqırmağa başladı. O, ermənicə çox yaxşı bilirdi. O, Xancyana bağırırdı: -Əclaf! Gürcü torpağını istəyirsən? Üstəlik istəyirsən ki, bunu Stalindən mənim əlimlə alasan? Xancyan qorxudan ağarmışdı. Elə tərləmişdi ki, hətta tər damcıları onun paltarından döşəməyə tökülürdü. Beriya ona bir nəzər saldı. Yazı masasından qara rəngli naqan çıxartdı. Xancyanın başına iki güllə vurdu. “İt kimi gəbər” dedi. Sonra mənə baxdı: -Serqo, bu cəsədi öz gətirdiyi xalçaya bükün. Şəhər kənarında harasa quyuya atın. Mən və mənim əməkdaşlarım Beriyanın dediklərini tam dəqiqliklə yerinə yetirdik. Xancyanın cəsədini quyuya atdıq”. Qoqoladzenin sözlərinə görə, birinci katiblə gələn 3 nəfər də isiz-soraqsız yoxa çıxdı. Onlar mehmanxanada gürcü çekistlərin əli ilə zərərsizləşdirildilər. Arxivlərdəki materilalara əsasən “Xancanyan işi” Stalinlə razılaşdırılmışdı. Bir neçə gün sonra Ermənistana yeni birinci katib təyin olundu. Onu da Beriya özü təqdim etdi, Xancanyan isə “xalq düşməni” elan olundu. Doğrudur, Xancanyanı öldürmədən də Beriya bu məsələni həll edə bilərdi. Ancaq düşünəndə ki, Xancanyan ondan gürcü torpaqlarını istəyirdi, Beriyanın öz hislərinə hakim olmaması başadüşüləndir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.