Müharibənin sərt üzü ilqarşılaşanlar...
4-01-2022, 11:27
BakuBus'da idim.
Sağ olsun qardaş, mən minən kimi hündür tərəfdə öz yerini verdi mənə.
Yəqin ki, BakuBus sərnişin avtobusundan istifadə edənlər bilir hündür tərəf hansı hissədir. Qarşımda üzbəüz nisbətən aşağıda orta yaşlarda bir qadın əyləşmişdi. Avtobusda adam çox idi.
Çox keçmədi avtobusa ağbirçək ana əsası əlində mindi.
Tez qalxıb yerimi vermək istədim ki, ağbirçək o halda çox ayaq üstə durmasın.
Ancaq qadının ayaqları imkan vermirdi hündür yerdə əyləşsin.
Mənimlə üzbəüz əyləşən xanımdan xahiş etdim ki, siz keçin yüksəyə mənim yerimə ağbirçək sizin yerinizdə əyləşsin.
Dediyimə peşiman oldum.
Qadın sərt şəkildə:
“30 qəpik verim, bir də camaatın nazını çəkim?! Bu halda vacibdirmi çölə çıxmaq!? Mən niyə verməliyəm yerimi!? Məndən başqa adam yoxdu?!”
Nə isə, üzr istəyib qadına “bağışlayın!” dedim.
Sifət edərək qadın yerini ağbirçəyə vermək istəsədə ağbirçək qəbul etmədi.
Ayag üstə olan bəylərin köməkliyi ilə qadını yerimdə əyləşdirdik.
Ağbirçəyin yanında ayaq üstə durub yoluma davam edirdim ki, onun gözlərindən yaş axdığını gördüm.
Özümdən aslı olmadan gözlərim doldu. Ağbirçəyin əlindən tutub sakitləşdirmeyə çalışdım.
Üzümə baxıb sakit səslə “Oğlumun maşını hələ də həyətimizdə, evin qabağında durur.
Əsgərlikdən tabutu yox özü gəlsəydi indi məni belə qınamazdılar. Yasamala gedirəm məzarlığa oğlumun görüşünə. Məni bu halda evimdən didərgin salan onun ətrinə həsrət qalmağımdır.
Digər oğlum da 3 aydır əsgərdir.
Gecəm-gündüzüm yoxdu itirmək qorxusundan. Nə edə bilərəm Anayam dözmürəm...”
Deyib gözlərini qoluna sildi. Özümü saxlaya bilmədim. Ananı öpüb baş sağlığı verdim.
Hamının gözləri doldu.
Yerini vermək istəməyən qadın da özünü itirmişdi.
Amma bu hadisədə mənə daha çox təsir edən ağbirçəyin yuxarıya çıxa bilmədiyini görənlər ki, vardı cavan tələbə qızlar hansı ki, nauşnik qulağında, saqqız ağzında və ya davanı gizlicə çantasının arxasından çəkən qadınlar. Onların özlərini görməməzliyə vurmaları daha çox təsir edirdi...(((((
Rahima Hajiyeva
Teref.az