"TOKAL" qazaxlarda günübacı və ikinci arvada deyilir -

7-01-2022, 16:34           
"TOKAL" qazaxlarda günübacı və ikinci arvada deyilir -
Bu gün Qazaxıstanda 19-20 yanvar, 1990-cı ildir. Bu gün TURANı gülləbaran etdilər. Bu gecə Almatıda öldürülən insanların morqdakı meyitlərini xalqa göstərdilər ki, onlar qorxub KTMT-yə etiraz etməsinlər. Çünki İmperialist və İrticaçı Ryusiya bu 30 ildə heç bir dövlətə Müstəqilliyini bağışlaya bilmədi. 30 il Azərbaycana hər cürə tələ qurdu. Bu 30 ildə bizə dəyib-toxunmasaydı Qarabağı istila etməsəydi, indi Azərbaycan ən qüdrətli dövlət idi. Qazaxıstana ölkəni qurub yaratmağa imkan verdi. Nursultan Nazarbayev ölkənin sərhədlərini müəyyən elədi. Dövləti qurdu yaratdı,


Meqapolisdə Astana kimi bir şəhər dünyaya gətirdi. Bu 30 ildə heç bir Müstəqil dövlət belə şəhər tikmədi. Əksər dövlətlər pulları ofşor zonalarda övladları və arvadları üçün əritdilər. Nazarbayev isə qazax xalqına CİP-lərdə gəzməyi öyrətdi. Qazaxlar deyirdi ki, CİP ancaq qazax üçün yaranıb. 2015-i ildə Putin Nursultan Nazarbayevin dövlətçiliyinə istehza etdi. Dedi ki, Qazaxların tarixi yoxdur. 1 il ərzində Nursultan Nazarbayev Astanada görkəmli bir Tarix Muzeyi tikdirdi. Dünyanın hər yerində olan qazax tarixinə aid eksponatları gətirdi Qazaxıstana. Qazaxın və Türk dünyasının arxeoloji ekspedisiyalarını təşkil etdi. Qazax xalqının və türk dünyasının görkəmli şəxsiyyətlərinin 100 cildlik kitabının çap olunması üçün sərəncam verdi. Putinə qazax tarixni başa saldı. Sonra da qazaxın türk əlifbasına keçməsi ilişib qaldı urusun xirtdəyində. Bunu da Putin Bilgə Nursultana bağışlaya bilməzdi...
Bağışlamadı. Marusiya ilə əlbir olub Qazaxıstanı "tokal" elədi. "Tokal" qazaxlarda günübacı, ikinci arvada deyirlər. Bic balası Paşiki də bu oyuna qoşdu... Azərbaycanın şillə-qapazının altında qalan, Azərbaycan Ordusuna uduzan ermənini BARIS qazaxların içərisinə soxur... Erməni türükün düşmənidirsə, o qazaxa necə dost ola bilər? Qazaxıstana hansı sülhü gətirə bilər? Kül o türkün başına ki, onu erməni əsgəri qoruyacaq... Ümumiyyətlə Rusiya İmperialzimi indiyə qədər hansı dövlətə sülh gətirib ki? Putin qan içməkdən doymur. Artıq vampirə çevrilib. Rusiyanın kəndləri acından ölür... İndi Rusiya Qazaxıstana sülhmü gətirəcək? Firavanlıqmı gətirəcək... Heç vaxt... Qarabağa gətirdiyi sülhdən orada da yerləşdirəcək...
Mənim tanıdığım qazax KTMT-yə orada yer verməyəcək...
Qazaxıstan öz müstəqilliyinin bədəlini 30 ildən sonra belə ödəyir...

Buna görə ilk əvvəl Nursultan Nazarbayevin nüfuzunun aşağı salınması üçün min cür təbliğatlar aparıldı. Rus televiziyaları öz hökmlərini verdilər. Oyun Astana şəhəri "Nursultan" adlandırılanda qızışmağa başlamışdı.
Və bir də Putini çilədən çıxaran bu yaxınlarda məşhur amerikalı kino ustası, ssenarist Oliver Stoun və Ukrayna əsilli tarixi filmlər müəllifi, rejissor Igor Lopatonokun Nursultan Nazarbayev haqqında çəkdiyi "Qızıl adamın hekayəti" filmi oldu. Çünki Türk tarixinə adını Qızıl adam kimi yazan Nazarbayevin qarşısında Putin özü qanaiçən kimi görünür.
Türk dövlətləri Birliyi də bu il Türk dövlətlərinin müstəqilliyinin 30 illiyini keçirməyə hazırlaşırdı...
Türk dünyasının nüfuzu, ağsaqqalı Nursultan Nazarbayev olmayan şəhəri də, ölkəni də viran qoymaq çox asandır...
Aida Eyvazova yazır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.