"O gün yer göy lərzəyə gəlirdi.."- Döyüşçünün xatirələri
11-10-2022, 09:12
İlk hücumdan 2 il keçir , gecəni burda keçirdib , səhər düzüldük Tabor komandiri gəldi , Hadruta giririk Xırdalan boyda qəsəbədi sivil camahatdan olanlar var onları əsir götürüb mövqeyləri tutub qəsəbənin müdafiəsini təşkil edirik çətin bir şey olmuyacaq qeyri adi nəsə gözləmir bizi . 2,3 saat sonra maşınlarla çıxdıq Cəbrayılın Qışlaq kəndinə, ordan dağı aşıb torpaq yolla Hadruta tərəf gedməliyik , maşında gedirik döyüş bölgəsinə yaxınlaşdıqca sükut çökür heç kim danışmır , tər basır adamı qarışıq hisslər dəhşət bir şey idi , bizim maşın xarab oldu anidən , düşdük Cəbrayılın çölündə yeni maşın gözlüyürük , dağılmış evlər , hər tərəfi ot basıb , hər tərəf toz isti boğanaq hava!
Ölü sükutu var , maşın gəldi gedib tabora çatdıq. Açıq ərazidi, burda bronjilet verdilər 1,2 dəqiqə idi geyinmişdim 50 metr olardı uzağıma minamyot mərmisi düşdü .
Sonra dəhşətli bir şey başladı. Bir tabor adam düzənlik ərazidə artilleriya atəşinə tutulub hamı qaçır , irəlidə dağ var onu qalxıb yola çıxsaq mərmilərdən qurtula bilirdik , qurtula bilməyənlərdən şəhid olanlar oldu . Sonra bir mərmi səsi çox yaxın gəldi , özümü yerə atmağımla üzümə nəsə dəydi. 10,15 saniyə qalxmadım gözlərimi açanda hər yer toz duman , əlimi üzümə vuranda qan olduğunu gördüm. Ayağa qalxıb ilk iş belimdəki çantanı dağdan aşağı buraxmaq oldu, həm ipi boğazımı kəsirdi , həmdə ağır idi yorurdu.
Rəhmətlik Teymuru gördüm bir an uşaqlara istiqaməti göstərirdi , qan dolur ağzıma , toz da bir tərəfdən , hər şeydə çantada getdi , bir təhər yola çıxdım. Su verdilər üzümü yudum, təzəcə kaskanı çıxardım biraz nəfəs alaq 30,40 metr aralıda sanitarka vardı düz minamyot mərmisi gəldi düşdü üstünə və gözümün önündə maşın qalxdı göyə. Deyilənə görə içində 3 nəfər vardı , bir dəfə dedilər düşdülər tez aşağı sonra dedilər şəhid olublar. Amma mən içindən düşən heç kimi görmədim. Meşə yoluna girəndə yerdə yatan adam gördüm , çox qəribə hisslər idi. Bizimkidi deyə qorxdum və tez qaçıb baxdım. Saqqallı bir erməni gözləri açıq qalıb, qanı hələ qurumuyub və bunun hər yeri güllə yarasıdı , ombası qırılıb nəydi bədənlə ayaqlar yerin dəyişmişdi.
Biraz irəlidə yerdə qan izləri , izlərə baxanda bir erməni də vardı sürüyüb atmışdılar yolun qırağına.
Bizdən aşağıda dəhşət bir döyüş gedir silahların dolub boşalmağı 5,10 saniyə çəkir . Həmin Gün, Əhmədov Natiq , Ağayev Ramil , Qurbanov Murad , Rzayev Aslan , Şükürlü Nicat , gecə yarısı da Leytenant Abbaslı Teymur Şəhid oldu....
Hücum zamanı çəkilən foto Hadrut yanırdı , yer göy o günü lərzəyə gəlirdi elə bil , sözlərlə ifadə eləmək olmur
Cavid Əhmədov
Teref.az