Molla təbliğatının qarşısında bəzən nədən PİYADA QALIRIQ... - MÜHÜM FAKTOR

8-12-2022, 16:47           
Molla təbliğatının qarşısında bəzən nədən PİYADA QALIRIQ... - MÜHÜM FAKTOR
Artıq İranın kimin əmisi oğlu olduğunu müzakirə etmək gərəksizdir. Hər addımda qanımıza susadıqlarının şahidiyik. Bu gün fars-molla rejimi rəsmi İrəvandan da qat-qat artıq formada erməni kimliyi ilə üstümüzə gəlir.
Belədə mənim kimi adamlar - illər ərzində Bütöv Azərbaycan məfkurəsini yaşam tərzinə çevirənlər sevinirlər ki, nəhayətdə Tehrandakı mollalarla açıq danışmaq fürsətimiz yaranıb. Həqiqətən belədir.
Biz dünənə qədər də belə düşünürdük, bu gün də belə düşünürük, sabah da eyni fikirdə olacağıq. Bizim üçün bu gün yaşanılanlar tezisə uyğun davranış yox, könüllü seçimdir. Ona görə də bəzən bəzilərinin də səninlə eyni fikirdə olduğunu görəndə bir az çaşırsan.
Əsla... qısqanma yoxdur. Sevinirəm. Əlini bizim kimi Boz Qurd adına düyünləyənlərin sayının artmasına sevinirəm. Hətta yalandan buna məcbur olanları da yaxşı görürəm və yaxşı tanıyıram. Amma sevinirəm ki, bizim əqidəmiz bu gün kimlərinsə iş yerinə çevirib. Bununla bala başı saxlayanlar var...
Biz isə illər ərzində bu günlər uğruna SAVAŞDIQ...
Ona görə də biz həvəssiz, onların bəziləri həvəsli görünürlər bəzən... Çünki adamlar işlərinə məsuliyyətlidir... maaş alırlar...
DEDİK... GÜLDÜK...
Amma acınacaqlı olanı odur ki, bu gün rəsmilərimiz İRAN kimi dünyanın əlləşdiyi bir mexanizmin qarşısına həmin İŞ ADAMLARINI, GÜNƏMUZDLARI çıxarır... Və nəticə gərəkən effektdə olmur, ola da bilməz. Nəticədə gözlənilən, ümid olunan proses yubanır...
Babalarımız boşundan deməyib eee ÇÖRƏYİ ÇÖRƏKÇİYƏ VER...
5 artığını istəmirik... 5 əskiklə illərdir bu yolda yürüməkdəyik, zatən...

Məhəmməd ƏRSOY
DİA.AZ-ın Baş redaktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.