Fəridə Məmmədvaya diferamb diyənlərə tarixçidən cavab: "Ona cavab yazmaya bilməzdim"

9-12-2022, 09:48           
Fəridə Məmmədvaya diferamb diyənlərə tarixçidən cavab: "Ona cavab yazmaya bilməzdim"
"BU BİZİK" RUBRİKASI ALTINDA YAZAN DOST TARİXÇİ FƏRİDƏ MƏMMƏDOVANI ANIR VƏ HAMINI ANA SƏCDƏYƏ DƏVƏT EDİR
***
Ona cavab yazmaya bilməzdim:
***
Bu gün bir ucu Matenadarandan başlayıb, bir ucu Ukrayna, Polşa, Pribaltika və Vyanaya gedib çıxan alban-erməni əlifbasında, lakin Türk Qıpçaq (Qıpşaq) dialektində yazılmış onlarla əlyazmalar var ikən, TÜRKÜN Alban tayfalarından biri olduğunu QƏTİ şəkildə danan Fəridə Məmmədova Allah və HAQQ qarşısında günah işlətmiş fərddir - qadın cinsində desək, elə fəridədir.
Bəli, savadlıydı. Mən anu (onu) yaxşı tanıyırdım. 1970-ci illərdə bütün günü Az. EA-nın Mərkəzi kitabxanasının oxu zalında mən olardım, mərhum Qiyasəddin Qeybullayev olardı və bir də xarici görkəmi ilə nəzər-diqqəti çəkməyən, üst-başından yazıqlıq yağan, balacaboy, qarabuğdayı, bir az da adamları özünnən itələyən şəxs təsiri bağışlayan Fəridə Məmmədova olardı. Hamı çıxıb gedəndə, biz üçümüz, taa axırıncı zəngə qədər zalı tərk etməzdik.
Ömrünü kitabxana zallarında keçirən mən, nədənsə, onların bu cür kitabxana müqavimətinə həsəd aparardım.
Biokimya üzrə dissertasiya yazmalı olan mən, Türkologiya oxuyurdum. Kökümüzü axtarırdım.
Qeybullayev toponimləri yazırdı - kökümüzü u səmtdən axtarırdı.
Fəridə xanım Qafqaz Albaniyasını - kökümüz anu maraqlandırmırdı.
Qeybullayev də yazdı - toponimlərdən və
Azərbaycan Türk xalqının mənşəindən;
Fəridə Məmmədova da yazdı - Qafqaz Albaniyasından.
Elə yazdı ki, hətta 2500 ildən sonra, Herodotda səhv tuturdu.
Qalın əsərini Bakıda olanda oxumuşdum.
Herodotu, Strabonu dizi üstə qatlayan şəxs, ancaq erməni və ya alban əlifbasında Qıpçaq türkcəsində bu gün dünyaya yayılmış kitabələri görmürdü.
Və o zamanı demirəm, bəlkə o zaman xəbəri yox idi, bəlkə heç kəsin xəbəri yox idi, amma ölümündən qabaqkı illərdə belə bütün bunlar ola-ola, yenə də Türkü görməməzlikdən gəlirdi. "Ölsəm də" deyirdi, "dilimə gətirmərəm ki, Alban dövründə Azərbaycanda alban tayfalarından biri də xristian Qıpçaq olub, "gavur" Türk olub".
Çünki vaxtilə tomlu və elmli kitabında bunu yaza bilməmişdi.
Xəbəri olmamışdı. İndi ayağını dirədiyi başmaqdan çıxara bilmirdi.
Axı bu gün onlarla kitab bunu təsdiq edir. Amma a (o) təsdiq etmirdi. Ona görə ana (ona) tənə bəziyirdilər. İnanmayan çox idi, çoxdur.
Deyirsiz ki, yaxşı ki, "Ziya Bünyadov ona (ana) qəyyumluq edirdi".
Bəli, türk demişgən, maalasef, o, anu (onu) bu cəhətinə görə çox istəyirdi. Çünki a da Ziyanın özü kimi 12-ci əsrin u tayında Türkü Zaqafqaziyaya, Azərbaycana yaxın buraxmırdı.
Hər halda, hamıya bəllidir və onnan və dostu İqrardan onlarla elmi, qəzet və jurnal məqalələri tapıb misal gətirərəm ki, İqrar Əliyev də, Ziya Bünyadov da 12-ci əsrdən qabaq Türkü Azərbaycana buraxmırdılar.
Sanki onlar bağların bar verən dövrü çəpərin yuxarısındakı və ya yolun yoxuşundakı qayanın üstündə gecə yapıncısında yatan əli çomaqlı kolxoz bağlarının "qoruqçuları" idilər.
Azərbaycan MK-sı isə onları qoruqçu təyin etmiş kolxoz sədri. Kremldən (raykomdan) enən fərmanları birgə icra edirdilər :
12-ci əsr Azərbaycan çəpərini basdayıb geniş hektarlı ölkənin içində TÜRK qıxmığı tapanı belə, sözün əsil mənasnda ana-bacı söyüşünə tuturdu cinsi cəhətdən kişi qoruqçular. Çünki burda Türk tapsaydılar, bu, Kremlin hayları elmi cəhətdən burada dərinləşdirmək siyasətinə zidd çıxırdı.
Niyə dünya 30 ildir dağıntılarımıza susur? Hələ ona giz dırnaq da çalır? Çünki ocağımızın odun söndürən, evlərimizi dağıdan dığaları burda həmişəlik görmək istəyir. Bizim yerimizdə. Hətta "müsəlman" İran belə. Bizim 200 illik müqavmətimizi qırmaqda, məqsəd budur. Fəridənin də kitabı bu müqaviməti qırmağa hesablanmış ayrıca qalın fəsil idı. Fəridə də "qadın qoruqçu" kimi çəpərin üstündəki əli çomaqlı kişi "qoruqçuların" yalanlarını, aşağıda çəpərin yanında durub, əllərini cıza-cıza çəpərin içindən incir dərə-dərə təsdiq edirdi.
Dünən, "ÇƏK, FƏRMAYIL, ÇƏK!" deyib, saymazyana və çox soyuqqanlıqla və müdrikliklə Xocalıya piyada irəliləyən jurnalistlərimizin qabağına avtomatla sədd çəkmiş şımal ayılarının sarıqulaqlıları kimi bu üçlük də Türkü bağa buraxmırdı..
***
Və birdən-birə, bir biokimyaçı çıxdı ortalığa:
1970-80-ci illərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının işıqlı, geniş oxu zalında, prof. Qiyasəddin Qeybulla ilə, elə Fəridənin özü ilə gecə-gündüz Türkologiya oxuyan farmasist, Biokimya üzrə fəlsəfə doktoru, Pedaqogika üzrə master Tariyel Azərtürk adında biokimyaçı.
Və sübut etdi ki, TÜRK nəinki 12-ci əsrdə, hətta Tarixöncəki dövrlərdən, nəinki AZƏRBAYCANDA, hətta BABİLDƏ, Killik dənizi sahilindəki ETE ELİNDƏ, Aralıq dənizi TURANINDA, ELAMDA, Arazqırağı MUĞANDA, indiki İRANDA - TÜRÜKKÜDƏ, hətta İtaliyanın ETRURİYASINDA (indiki Florensiya vilayəti) mövcud olub özünün minlik, uzaqvuran on minlik, milyonluq kaliberli MİXİ YAZILI abidələri ilə:
İndi siz sizi danan, sizə "köçərilər, mədəniyyətsizlər, barbarlar, varvarlar, gəlmələr" damğası vuran İqrar Əliyevə, Ziya Bünyadova, Fəridə Məmmədova sitayişlərizi endirin.
Endirin, görək sizdən axırda nə çıxacaq?
Ancaq TARİX və HƏQİQƏT əvvəl-axır öz sözünü deyəcək:
Deyəcək ki, "İqrar-Ziya-Fəridə Triadası" tərəfindən danılan Tarixöncəki Türkün Mixi və Pelasaqiya əlifbası ilə qazılmış yazılı mənbəələri aşağıdakı xəritədədir:
1. Ete eli, EteoKipr, EteoKrit; 2. Babilan; 3. Elam; 4. Türükkü; 5. Həmədan; 6. Muğan; 7. Naxçıvan; 8. İribunye - İrəvan; 9. Tarkitau - Mahçqala - Dağıstan-Kumıkiya.
Siz isə sizi danan dediyim "Triadaya" səcdə yapmaqda davam edin.
Tariyel Azerturk
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.