FİLİN DİŞİSİ DƏ GƏLİR...- Biz onlardan Qarabağda RUS KİLSƏSİ tikəndə hesab sormalı idik...
9-12-2022, 12:48
44 günlük savaşdan sonra Rusiyanın əl qoyduğu Qarabağa yerləşdirilən ermənilər yeni hiyləyə əl atır. Əslində bu ermənilərin yox, rusların hiyləsidir. Söhbət sülhməramlı adı altında torpaqlarımıza soxulmuş Rusiya hərbçilərinin ailə üzvlərinin də Qarabağın işğal altında olan hissəsinə köçürülmə təşəbbüslərindən gedir.
Erməni mediası yazır ki, belə bir plan, planlama var... Bundan erməni millətçiləri də narahatdır. Onlar Qarabağı özlərinki saydıqlarından Qarabağın birdəfəlik olaraq Rusiya tərəfindən işğal olunması kimi qəbul etdikləri bu niyyətlənməyə etiraz edirlər.
Biz isə bu xəbəri bu gün səhər erkən eşitdik.
Hələlik hansısa rəsmi reaksiyamız yoxdur. Bəlkə də var... sadəcə ictimailəşməyib. Çünki bu elə bir məsələdir ki, buna görə Azərbaycan rəsmiləri hansısa KİV-ə açıqlama verməli deyillər, ruslardan açıqlama tələb etməlidirlər və gərəkən qanedici cavabı almadıqda DİŞİSİNİ də Qarabağa gətirmək istəyən rus hərbçilərinin birdəfəlik çıxarılması məsələsini gündəmə daşımalıdırlar.
Bunun başqa yolu yoxdur. Əks halda, belə bir planlamanın Azərbaycana nəyə mail ola biləcəyini təxmin etmək o qədər də çətin deyil. 1500 RUS DİŞİSİNİN köçürüləcəyi Qarabağı rusun əlindən almağımız müşkülə çşevrilə bilər...
Biz onlardan Qarabağda RUS KİLSƏSİ tikəndə hesab sormalı idik... Biz onlardan Qarabağda rusiyalı mütəfəkkirlərə heykəl qoyanda hesab sormalı idik...
Gec deyil... Amma tez də deyil...
Məhəmməd Ərsoy
Teref.az