Fahişəliyin müxtəsər tarixi

25-02-2024, 10:04           
Fahişəliyin müxtəsər tarixi
Fahişəlik insan cəmiyyəti yaranandan bu günədək var olan bir anlayışdır. Fahişəliyin tərifinə gəlincə, onu qısa şəkildə belə ifadə etmək olar: fahişəlik – sosial təzahür, ödənişli və ya cinsi həzzə dayanan seks fəaliyyəti və ən qədim peşədir. Lakin qədim dünyada fahişəlik bu günkü anlamından çox uzaq olub. Qədim fahişələr özündə tanrıçalıq, ilahilik əks etdirirdi. Zaman keçdikcə isə, daha doğrusu, patriarxal cəmiyyətin inkişafı nəticəsində “müqəddəs fahişəlik” institutu yerini pul qarşılığında bədənini satan fahişələrə verdi və indi bu ad daha çox “aşağılıq”, “pislik” mənalarında işlədilir.

Bu barədə məşhur araşdırmaçımız Alov İnanna Eyvazovanın maraqlı araşdırması var. Öz məqaləmi Alov xanımın məqaləsinə bədii dillə desək, nəzirə kimi yazıram.

Fahişəliyin, məlum olan ilk izlərinə Mesopotamiyada rast gəlinir. İşin maraqlı hissəsi odur ki, fahişəlik, Mesopotamiyanın məlum olan ilk böyük sivilizasiyası Şumerlərdə, dini bir əməl kimi ortaya çıxıb. Müqəddəs fahişələr barədə ilk yazılı mənbələr e.ə. 2300-cü illərə aid Ur şəhərində tapılmış gil kitabələrdir.

Şumer cəmiyyətində fahişəliyin, “göyün fahişəsi” kimi də adlandırılan məhəbbət və müharibə ilahəsi” İnannaya həsr olunan və “Cənnət Evləri” deyilən məbədlərdə başladığı fikri irəli sürülür. İnanna eyni zamanda bərəkət ilahəsi olduğu üçün bu məbədlərin böyük hissəsi Fərat və Dəclə çayları arasında yerləşir. (Bu arada, İnannanın həm bərəkət, həm də fahişəlik simvolu olmasının bəlkə də bir rəmzi mənası vardı. Belə ki, qadın bədəninin bərəkət və cinsi həzz obyekti olması maraqlı gəlir). İnanna, fahişəlik və məbədlər haqda bilgiləri də ilk olaraq, Herodot verir bizə… Bu məbədlərdə məskunlaşan və ilahəyə xidmət edən fahişələr, eyni zamanda İnanna rahibələri idi. İnannanın nökərlərinin ziyarətçiləri isə əsasən fermerlər idi. Fermerlər qadınlarla müəyyən bir əvəz qarşılığında, onların müqəddəs bədənlərinə sahib olurdular. Yəni pul qarşılığı ilə qadınlarla görüşürdülər. Rahibələr eyş-işrətlə bağlı ekspert və seks terapist funksiyası həyata keçirirdilər. Bununla yanaşı, biçin zamanı, ilahənin bərəkətini əziz tutmaq üçün hökmdarların rahibələrlə sevişdiyi rituallar da keçirilirdi. Bir anlamda təşkilatlanmış seksuallıq ictimai həyatın hər yerində və cəmiyyət nizamını təmin etməyin faydalı bir vasitəsi idi…

Antik dövrdə fahişəliyin izinə “Gılqamış Dastanı” kimi ədəbi əsərlərdə də rast gəlmək mümkündür. Dastanda haqqında bəhs edilən qadınlar (harimtular) həm məbədlərdə, həm də küçələrdə işləyən alt-qrup fahişələr idi.

Babil kralı Hammurapinin “Qanunnaməsi”ndə fahişələr ilə dul qadınların statusları eyniləşdirilirdi. İnannanın Akkad variantı olan İştarın məbədlərində fahişəlik edən qadınlar Kadiştu və ya zermaşitu adlanırdı. Suriya və Fəlsətində Adonis məbədlərində də bu işi edənlər eyni qadınlar idi. Hammurappi qanunlarında adı keçən “Marduk qadınları” (Sal-Marduk) Marduk məbədlərində fahişəlik edənlərə verilən ad idi. Yaxın Şərqdə müqəddəs fahişələrlə pulla xidmət göstərən fahişələr arasında ayrımcılıq edilirdi. Lakin bu qanunlara görə, fahişələrin bardellərdə xidmət göstərməsi qadağan idi. Hər bir Babil qadını, qaydaya görə, assur dilində “Mylitta” olaraq adlandırılan Afrodita məbədinə gedib, orda kişilərlə cinsi əlaqəyə girməli idi. Başlarına çələng taxan bu gənc qadınlar məbəddə oturub öz müştərilərini gözləməli idilər. Şübhəsiz ki, gözəl qadınlar üçün bu gözləmə müddəti çox az olsa da, çirkin qadınlar bir xeyli müddət gözləyə bilirdilər. Kişi seçdiyi qadına “Mylitta səni şərəfləndirdi” deyərək, onun üstünə gümüş pul atardı və qadının bundan imtina etməsi mümkün deyildi.

Babildə məbəd fahişələrinin ən yüksək pilləsini entu və kaditu rahibələri tuturdu. Növbəti pillələrdə kadiştu və iştaritular dururdu.

Müqəddəs fahişəlik təsisatına Anadoluda – Frigiya və Lidiyada da rast gəlinir. Kibela və Attis (gözəllik tanrısı) məbədlərində Qalli adlanan rahiblər özlərini xədim edər və homoseksual olaraq “bədənlərini satardılar”.

Qədim Hindistanda pulla xidmət edən fahişələr anlayışı çox qədimdir. Belə fahişələrə “pumscali , mahanagni” və ya “rama” deyirdilər. “Manu qanunları”na görə, fahişələr ən aşağı və ən murdar zümrə hesab olunurdu. Hindistan tarixində fahişəlikdən danışarkən, sözsüz ki, “Kama Sutra”nın adını çəkməmək olmaz. Lakin “Kama Sutra” ümumiyyətlə, insanın cinsi həyatı, həzzi və cinsi sevgi barədə bir traktatdır.

İbranilikdə isə fahişəlik qadağa hesab edilirdi. (Hərçənd ki, yəhudilər arasında insest (ailədaxili cinsi əlaqə) halları çox yayılmışdı). Ola bilər ki, bu qadağa, sonradan digər dinlərə “zina”, “haram” adı ilə transformasiya edib. Heç təsadüfi deyil ki, yəhudi dilində fahişəlik “zenut”, fahişə isə “zona” adlanırdı. (“Zina” sözünün buradan yaranması şübhəszidir).

Fahişəlik anlayışı və həyatı insan oğlunun yaşadığı bütün məkanlarda spesifik fərqlər xaricində, demək olar ki, eyni idi. Xüsusilə, sivilizasiyanın beşiyi sayılan Yaxın Şərqdə fahişəlik, yuxarıda da qeyd etdiyimiz kimi, müqəddəs bir peşə kimi yaranmışdı. Lakin zaman keçdikcə, bu müqəddəslik pərdəsi aradan qalxır və fahişəlik daha çox zövq, həzz və maddiyyat məzmunu alırdı. Bu məzmunu biz antik yunan və Roma cəmiyyətlərində bariz şəkildə görə bilirik.

Qədim Yunanıstanda fahişələr bir neçə kateqoriyaya bölünürdülər:

Pornai – və ya kölə fahişələr;
Azad doğulmuş küçə fahişələri;
Hetaeira – və ya təhsilli fahişələr; Bunlar əyləncə məkanlarında varlı kişiləri əyləndirməklə məşğul olurdular.

Afinada bordellər, dövlətdən iş izni alan və pronoboskeion adlanan görəvli tərəfindən açıla bilərdi. Burada deikteriades adlanan fahişələr xidmət göstərirdi.

Solon qanunlarına görə, eləcə də, Ön Asiyada fahişələr saçlarını sarıya boyamalı idilər. Yunan cəmiyyətində deikteriadeslərlə yanaşı auletrides adlanan fahişə zümrəsi də vardı. Onlar musiqi ifa edə, rəqs edə bilir və daha təhsilli idilər. Eyni zamanda, onlar müştərilərini rədd etmə haqqına da malik idilər. Hetaeira zümrəsi isə daha prestijli idi. Onlar kişilərdən sonra ən yüksək statusa malik fahişələr idi. Periklin ikinci həyat yoldaşı Aspasia da, Femistoklun anası da hetaeira idi.

Yeri gəlmişkən, qədim Yunanıstanda fahişəliyin ilk təşkilatçısı Solon (e.ə. 640/635 – 559) hesab edilir. O, qadınların xüsusi bardellərdə xidmətləri müqabilində 1 obol (7 qəpik) vergi verməsini tələb edən qanun çıxarmışdı. Yunanıstanda Afrodita məbədlərində fəaliyyət göstərən “hierodou-leia”lar müəqddəs fahişələr hesab olunurdular.

Romada yüksək təbəqəyə aid nikahlı qadınlar yunan qadınlardan fərqli olaraq, ev dustağı deyildilər və ictimai həyatdan da sürgün edilməmişdilər.

Tez-tez çıxıb gəzər, teatrlara gedər, məbədləri, məhkəmələri ziyarət edərdilər. Onlara evlərində xüsusi müəllimlərdən təhsil almaq üçün də icazə verilirdi. Romalı qadınların Yunan qadınlardan daha azad olduqları faktdır.

Bu azadlığı onlara bəxş edən isə Romanın patriarxal quruluşu idi. Yunanıstanda tacir sinfi aristokratlar zümrəsini iqtidardan devirməyi bacarmışdı. Romanın hakim sinfinə isə kimsə meydan oxuya bilməzdi. Aristokrat zümrəsi də bu hökmranlıqlarına əmin olduqlarından, şəhərdə hamının riayət etməli olduğu qaydaları tətbiq etməyə başladılar.

İlk imperator Avqust yuxarı təbəqədən olan qadınların evlənib uşaq doğmasını məcbur edən qərar verdi. Bu qərara etiraz edənlər, könüllü olaraq fahişəliyə üz tutan yüksək zümrəli qadınlar oldu. Bu ərəfədə aşağı siniflər də patriarxal ailə quruluşlarına etiraz edərək dədə-babalarının cinsi adətlərini davam etdirməyə qərar verdilər.

Romanın yürütdüyü imperialist siyasət nəticəsində şəhərə çoxlu fahişə axın etdi. Torpaqları əllərindən alınan kəndlilərin də qazanclı bir iş üçün şəhərə gəlmələri, bu axında mühüm rol oynamışdı. Hətta bu “azad” insanların bəzilərinin vəziyyəti kölələrdən də pis idi. Çünki kölələrə heç olmasa acından ölməmək üçün yemək verilirdi. İşsizlik çox geniş yayılmışdı və bu səbəbdən də insanların çoxu fahişəliyə üz tuturdu.

Ancaq yenə də, qədim Romadakı fahişələrin əksəriyyəti kölələr idi. Romanı böyük bir imperatorluq halına gətirən də bu köləlik sisteminin mövcudluğu və möhkəmliyi idi.

Tiberinin xələfi Kaliqula bütün bacılarıyla insest əlaqəyə girmiş və bir ayin əsnasında onlardan birinin bağırsaqlarını deşməsi ilə məşhurlaşmışdı. Arvadı Kaesonianı dostlarına çılpaq nümayiş etdirərək zövq alırdı və fahişə Mnester ilə hamıya məlum olan əlaqəyə girib imperatorluq sarayında fahişəxana da yaratmışdı.

Sahiblərinin cinsi harınlıqlarına sinə gərənlər kölə və xidmətçilər sinfi idi. Bu bəxtsiz qadın və gənc oğlanlar üçün təcavüz və cinsi istismar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmişdi. Bəlkə də yeganə xilas yolu qaçıb, adsız fahişələr olaraq küçələrdə və ya fahişəxanalarda işləmək idi. Bu zaman heç olmasa cinsi xidmətlərinin qarşılığında pul ala bilərdilər.

Aristokratların evlənməyə və çoxalmağa həvəssiz olmalarını aradan qaldırmaq məqsədi ilə Avqust, evlilik yaşında olan subay insanlara qarşı cəza tətbiqinə başladı. Sonra bu siyasətini üçdən çox uşaq doğan evli qadınlara verdiyi silsilə mükafatlarla gücləndirdi. Ancaq aristokrat qadınların məcburi evliliyə boyun əyməkdənsə, özlərini fahişə elan etmələri Avqustun planlarını alt-üst etdi. Lakin Avqustdan sonra taxta çıxan Tiberi hakim sinifdən olan qadınların fahişə olmalarını qadağan edərək son nöqtəni qoydu.

Romalı kişilərin fahişəliyə münasibətləri ilə yunanlıların münasibəti demək olar ki, oxşar idi. Fahişəliyin, cavanları zinadan uzaqlaşdıraraq ailələrini qoruduğuna inanardılar.

Katon yazırdı: “Şəhvət güc gələndə fahişəxanalara gedənlərə eşq olsun”. Bundan başqa tarixdə daha bir mənbə fahişəliyi sağlam evliliyin həm yoldaşı, həm də peyvəndi olaraq görür. Platus belə deyir: “Evli bir qadına, bir dula, bir bakirəyə, bir gəncə ya da azad doğulmuş bir uşağa toxunmayın… Qalanı sizin olsun.”

Romalılar, yunanlılar kimi rəsmi fahişəxanalar açıb işlətmirdilər. Ancaq fahişələri rəsmi olaraq qeydə alan ilk sistemi onlar qurdular. Bu da fahişələrin iki hissəyə ayrılmasına səbəb oldu: qeydiyyatdan keçən “meretrike”lər və qeydiyyatı olmayan “prostibula”lər. Əslində qanuna görə bütün fahişələrin “aedile” kimi tanınan rəsmi şəxsin yanında qeydiyyatdan keçmələri lazım idi.

Qapıda gözləyib, keçənləri yoldan çıxarmağa çalışan fahişələrə “doride”, müxtəlif ehtiraslı səslər çıxarıb müştəri toplayanlara “lupae”, Venera və ya Priasposa girmək üçün çörək bişirib sataraq müştəri toplayanlara “aleicariae” deyilirdi. Məzarlıqlarda ağı deyərək müştəri toplayanlar isə “bustuariae” adlanırdı.

Küçələrdə müştəri qovan fahişələrə “scorta erotica”, tavernalarda əylənən fahişələrə “bilitidae” deyilirdi. “Gallinae”lər (toyuqlar) oğruluqla məşğul idilər. ”Forariae”lər isə kənardan gəlib fahişəlik edənlər idi.

Yuxarı təbəqəni təmsil edən fahişələr qanuni olaraq qeydə alınmırdılar. “Əlavə iş” olaraq cinsi xidmət göstərənlərin çoxu, o cümlədən aktyorlar, rəqqaslar və musiqiçilər də qeydə alınırdılar.

“Aedile”lər qeydiyyata qarşı çıxan fahişələri zorlayırdılar. Fahişəxanalarda “nizam-intizamı” təmin etmək və qanuni iş qrafikinə uyğun gəlib-gəlmədiklərinə də nəzarət etmək də onların vəzifə borcu idi. Bundan əlavə, buralarda çalışan qadınların qanunların tələbinə uyğun olaraq geyinmələri və lazımı ödənişi almalarına nəzarət etmək də onların öhdəsində idi. Bu, fahişələrə faydalı olan yeganə qanun idi. Qalan bütün qanunlar məhdudlaşdırmalar və zərurətlərdən ibarət idi. Buna görə fahişələrin çoxu qanunları hazırlayan senatorları ələ salıb, öz başlarının çarəsini axtarmağa məcbur idilər.

Qanunlar, aşağı sinifdən olan fahişələrin “hörmətli” qadınlardan fərqlənmələrini təmin edirdi. Amma yenə də əksəriyyət geyim-geçim məsələsində qadağaları rədd edib qanunlarla açıq-aşkar kəllə-kəlləyə gəlirdilər. Qanunlara görə fahişələr qadın “stola”sı (Stola, Romalı qadınların kişilərin geydiyi “toga”nı xatırladan ənənəvi geyimi. Roma İmperatorluğunda kişilərin geyimi olan “toga”nı geymək heç də yaxşı hal deyildi. Bunu geyən qadınlar fahişəliklə ittiham olunurdular) əvəzinə kişi “toga”sı geyməli idilər.

Bundan başqa, bənövşəyi geyimlər, ayaqqabılar, bijuteriyalar və romalı evdar qadınların saçlarını yığmaq üçün istifadə etdikləri filələr onlara qadağan idi. Bunun əvəzinə sandal ayaqqabı və çiçəkli paltar geymələri vacib idi.

Əksər fahişələr geyim məsələsində gözə çarpmağa çalışır, bunun üçün saçlarını sarı və ya qırmızı rəngləyərək, makiyaj edərək, şəffaf ipək ya da tüldən paltarlar geyinirdilər. Beləliklə də, həm evli qadınlardan seçilir, həm də istəklərinə uyğun olaraq gözəçarpan olurdular.

Teatrların özlərini və qabiliyyətlərini xalqa nümayiş etdirmək üçün ən doğru məkan olduğunu bilən əksər fahişələr aktrisalıq edirdilər. Bu, həm də aşağı sinifdən olan fahişənin hörmətli bir xanıma çevrilməsinə imkan yaradırdı. Fahişələr ümumiyyətlə professional aktrisalar idilər. Bunun əksi də danılmazdır. Roma teatrı cinsəlliyi bütün çılpaqlığı ilə ortaya qoyan kəndli bayramlarından qaynaqlanırdı. Bu səbəblə də teatr ədəbsizlikdən heç uzaqlaşmırdı.

Komediyada ən yaxşı obrazlar fahişələrlə qadın dəllalları idi. Biseksuallıqla, insest də sevilən mövzular arasında idi. Ən çox bəyənilən ənənələrdən biri də qadın komediyaçıların tamaşanın sonunda az qala çılpaq soyunmaları idi. Bir başqa maraq doğuran məqam da mifologiyadan gələn erotik səhnələrin həm pantomim, həm də rəqslə oynanması idi.

Yuxarı təbəqədən olan fahişələr ümumiyyətlə təhsilli və yaxşı yetişmiş qadınlar idilər. Əksər tarixçilər bu qadınların niyə fahişə olmalarını açıqlamaqda çətinlik çəkirlər. Sanqer qadınların “şəhvət və acgözlüyünü” səbəb kimi göstərirsə, Henriques pul hərisliyini ortaya qoyur. Ancaq yuxarı təbəqədən olan bir qadının “nəzakətli” fahişə olması üçün ən əsas səbəb təbii ki, iqtisadi baxımdan azad olmaq və heç bir kişidən asılı olmamaq idi. Belə qadınlar müstəqil yaşayar, müxtəlif varlı müştərilərin dəvətlərini qəbul edərdilər. Hərdən gizlində vergitoplayan ərləri də olardı.

Qədim Yunanıstanda olduğu kimi Romada da fahişələr özlərini qorumaq üçün mükəmməl qurulmuş həmrəyliyə arxalanırdılar. “Nəzakətli” yunan fahişələr kimi, onlar da bənzərsiz və müxtəlif mədəniyyətlər yaratmışdılar. Onlar “hörmətli” romalı qadınların məzlumluğunu qəbul etmir, heç bir kişiyə aid olmamağı üstün tuturdular. Romalı “nəzakətli” fahişələr təhsilləriylə, zəkalarıyla, gözəllikləriylə və müstəqillikləriylə qürur duyurdular.

Roma İmperatorluğu üçün həyati əhəmiyyət daşıyan və tarix kitablarında barələrində heç bəhs edilməyən başqa bir qrup fahişə sinfi də vardı. Bunlar hərbi düşərgələrdə istismar olunan fahişələr idilər. Onlar uzun sürən səfərlərdə və uzaq sərhəd bolgələrində əsgərlərə “istirahət və əyləncə” təşkil edən məhbus qadınlar idi. Roma uzun illər boyunca iqtisadiyyatını hərbi genişlənmə ilə təmin etmişdi və əsgərlər hara gedərsə getsin, qarnizonun yanında silsilə fahişəxanalar qurulardı.

Bu fahişəxanaların quruluşu çox sadə idi. Romadakı ucuz evlərdə olduğu kimi, burada da hər qadın üçün cəmi bir otaq var idi. Buralarda yaşayan qadınların yeganə ümidi isə bir zabit tərəfindən satın alınmaq idi. Ancaq “hərbi düşərgələrdə istismar olunan fahişələr”nın böyük əksəriyyəti üçün həyat – heç bir xilası olmadan, maksimum alçaldılma, xəstəlik və əldən düşməkdən ibarət idi.

Tarixçilər hamılıqla qədim Romanın dağılmasının səbəbi kimi nəzarətsiz cinsi əlaqələri göstərirlər. Digər tərəfdən korrupsiya hər zaman quldarlıq quruluşlarının təməl prinsipinə çevrilmişdi.

Qədim Romada cinsəllik və fahişəlik həyatın qəbul edilmiş həqiqətlərindən biri idi. Bunlar açıqca nümayiş olunur, istismar edilir, müzakirə olunurdu. Roma dövləti də bu ticarətdən pul qazanmaqdan utanmırdı. İmperator Kaliqula, fahişələrə vergi qoyduqdan sonra bu işdən böyük qazanc əldə etmişdi. Hər səviyyədə fahişəlik Roma iqtisadiyyatında özünəməxsus yer etmiş, nə bədənini satanlar, nə də onlara şərait yaradanlar damğalanırdılar (Bu mövzu bir az mübahisəli olsa da, həqiqət kimi görünür). Fahişəlik, “müqəddəs” imperatordan ən aşağıdakı köləyə qədər uzanan ictimai fəaliyyətlərdən biri idi. Hələ sistemdə “günah” anlayışı yaranmamışdı. Ancaq Xristianlıq hakimiyyəti ələ keçirdikdən sonra, iqtidardakı şəxslər fahişəliyin “ayıb”, fahişələrin özlərinin isə pis və cəmiyyət üçün yoldan çıxardıcı bir təhdid olduğunu sözdə qəbul etməyə başlayacaqdılar.

Məqsədlərinə nail olmaq üçün qadınlarını satan ilk xalq ermənilər (haylar) olub.

Araşdırmaların nəticəsində aydın olur ki, erməni qadınlarının mənşəyi erməni mifologiyasında Anahit və ya Anais— (erm: Անահիտ) adlandırılan fahişəlik ilahəsinə söykənirmiş. (Bəzi iddialara görə isə, Anahit Hett mənşəli tanrıçadır) E.ə. III əsrdən başlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahə hayların əsas tanrıçası olub. Hətta bir çox mütəxəsislər bu müddəti fahişəliyin geniş yayılması dövrü kimi xarakterizə edirlər. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti öz əsərlərində Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər. Strabon qeyd edirdi ki, “Anahitə ibadət edənlər fahişəliyə qurşanmışdılar. Həmin vaxt Böyük erməni hökmdarı Trdat Anahitə nəcib qadın, erməni xalqının isməti, şöhrəti və canlandırıcısı, böyük Aramazdın qızı və arvadı kimi həmd edirdi“. Fahişəlik ilahəsinin məbədlərində yaşayan hay gəncləri öz valideynləri tərəfindən buraya göndərilir, tanınmış ailələrdən seçilən kahinlər isə onların sutenyorluğunu edirdi. Buraya yalnız əcnəbilər buraxılırdı. İlahəyə xidmət müddətini bitirən qadınlar məbədi tərk edərkən bütün qazandıqları pulu məbəddə qoyur və ərə gedirdilər. Vaxtaşırı buradakı ərə gedəcək qadınların adaxlısı məbədin kahinlərindən onun nişanlısının ozünü necə aparması barədə məlumat alırdı. Ən çox əcnəbinin ziyarət etdiyi qadın ermənilərdə ən çox arzu olunan gəlin hesab olunurdu. Bu haqda Strabon yazır: “Bu ölkənin qanunlarına görə adlı-sanlı ailələrin qızları yalnız ilahənin məbədində uzun müddət ərzində fahişəliklə məşğul olduqdan sonra ərə gedə bilərdilər. Bundan sonra onların ərə getməsində heç bir problem olmurdu”. Ermənilərin fahişəlik ilahəsi barədə fransız tarixçisi Pyer Düfur XIX əsrin ortalarında dərc olunan «Fahişəliyin tarixi» kitabında yazır: «Onun (ilahənin) şərəfinə ətrafında sevgi ayinlərinin icra olunduğu böyük məbəd tikilmişdi. Erməni qızları bu məbəddə yalnız xaricilərlə cinsi əlaqədə olmağa razılıq verirdi. Qazanılmış pulları qadınlar səcdəgahda ilahəyə nəzir qoyurdular». Erməni tarixçi Georq Qoyan «Erməni teatrının 2000 yaşı» adlı kitabında qeyd edir ki, fahişəlik peşəsi ermənilərin tarixi ilə sıx bağlıdır. Arşakuni sülaləsinin tarixinə dair araşdırmalar edən erməni tarixçi Favstos Buzand öz əsərində erməni katalikosu İusikin (340-345 illər) oğullarının vardzaklar, bozlar (fahişələr), qusanlar (aktyorlar və komedianlar) ilə eyş-işrət yaşadığını qeyd edir. Bəs vardzak nə deməkdir? Qədim erməni dilindən gələn bu sözün birinci mənası eyş-işrət məclislərində və ictimai yerlərdə oxuyan və rəqs edən aktrisalar, ikinci yüngül əxlaqlı qadınlar, üçüncüsü fahişələr, dördüncü mənası isə mimosdur. Favstos Buzand “vardzak” sözünün mənasını “hamıya açıq olan qadın”olaraq qeyd edir. Sonradan ermənilər arasında «vardzak», «qusan», «boz» kimi terminlər «mimos» sözündə birləşib. Bu ifadə isə həm erməni qadınlara, həm də kişilərə aid imiş. Demək ki, arşakunilərdən bu tərəfə hökmdar sarayında erməni qızlarla bərabər erməni oğlanları da öz “şücaət”lərini göstərirlərmiş. “Erməni kişisi” həm də “ehtiraslı gözəlçə”dir Hayların baş kəsib qan tökən milli qəhrəmanları həm də ehtiraslı gözəlçə olaraq “tarix” yaradıblar. Bunu oxuduğum bir araşdırmada bir daha anladım və kimliyi bizlərə də bəlli olan məşhur “hay qəhrəmanları”nın gerçək üzünü siz oxucularla da paylaşmaq qərarına gəldim. Qaregin Njde ermənilərin “Sünik xilaskarı” adlandırdıqları milli qəhrəmanıdır. Türk ulusuna aşırı nifrəti ilə seçilən bu “tarixi şəxsiyyət” əslində on minlərlə Osmanlı və Azərbaycan türkünün qətlə yetirilməsində birbaşa günahkar sayılan, Zəngəzur və Yelizavetpol (Gəncə) qəzalarında günahsız insanları qətlə yetirən Andranik Ozanyanın komandiri olmuşdu. Hayların bildiyi, lakin etiraf etmədiyi bir gerçək daha var, belə ki, bu xalq qəhrəmanı Qaregin həm də bədii şəkildə desək,”gecə əzabları”nı sevən “ehtiraslı gözəlçə” imiş. Onun kimliyi haqqında ilk dəfə rus bolşevik ordusunun qurucusu Lev (Leyba) Davidoviç Bronşteyn də yazır. Belə ki, Lev Davidoviç 1913-cü ilin noyabrın 15-də Njdenin komandiri olduğu dəstə ilə Bolqarıstanda Məhrəmli adlı türk kəndinə hücum edərək yüzlərlə günahsız insanı vəhşiliklə qətlə yetirir. “Şücaətin”ə görə ordenlərlə mükafatlandırılan Lev Trotski bolqar sosial-demokratlarına ünvanladığı məktubunda yazırdı: “Yoldaş Njdenin əməllərini duydum və onunla bəlkə də fəxr etmək olardı. Hər halda o, imperialistlərə qarşı pis vuruşmur. Lakin yoldaşlar bildirirlər ki, döyüşdən sonra yoldaş Njde iki türk gəncini öldürməməyi əmr edib, onları müvəqqəti qərargah etdiyi kəndli daxmasına aparıb. Mənə çatan məlumatlara görə, yoldaş Njde həmin axşam o türk gənclərdən onu “sevmələrini” tələb edib, özü qadın paltarı geyib və səhərədək “təcavüzə” məruz qalıb. Səhər açılanda isə həmin türkləri güllələyib. Bu hadisə biabırçılıqdır və ümid edirəm ki, gərəkli nəticələr çıxarılacaq”. 1919-1920-ci illərdə Azərbaycan kəndlərinə divan tutan Poqos Ter-Davityanın 1921-ci ildə Smon Vrasyana ünvanladığı məktubunda yazırdı: “… Njdenin murdarlığını kim bilmir ki?! Tatev kilsəsində otura bilərsiniz, Gorusda 32 tatar kəndini yandırıb kül etməyinizlə qürrələnə bilərsiniz. Amma mən bilirəm Njdenin kim olduğunu. O, mən yavəri olanda dəfələrlə “gəl, bu gecə sənin gözəlçən olacağam, mənə əzab ver, incit məni, sev məni” deyərdi. Yazıqlar olsun sizə ki, başınızda zahiri kişi, içi isə küçə fahişəsi olan adam durur”. Njde 1937-ci ildə “Seqakreon” adlı ifrat millətçi təşkilat yaradanda məşhur daşnak Manuçar Suikasyan demişdi: “Gör erməni milləti nə günə qalıb ki, həftədə iki-üç dəfə özünü iki-üç kişiyə zorladan, ən əxlaqsız əməllərdən həzz alan yarıqadın-yarıkişi Njde bizə cəsarət və kişilik dərsi keçir”. Qeyd edim ki, Qaregin tək misal deyil, belə ki, ermənilərin paşa adlandırdıqları Andranikin “ehtiraslı qadın olmaq” istəyi və nakam məhəbbəti bir çoxlarına aşikardır, olmayanlar varsa da, artıq xəbərdar olacaqlar. Belə ki, 1891-ci ildə “Hnçak” Partiyasına qoşulan Andranik Ozanyan İstanbuldakı “Lodos” meyxanasında içib iki yunan gənclə səhərədək sevişdiyi üçün partiyadan qovulmuşdu. O biabırçı olaydan sonra partiya üzvləri Ozanyanı “mademuazel Andranik” adlandırmışdılar. 1907-ci ildə Daşnaksutyuna üzv olan Andranik burada da öz iyrənc əməllərinə davam edir. Belə ki, daşnaklar 1908-ci ilin yayında Ozanyanın içib qadın paltarında meyxanada oynamasını, sonra da oradakı ermənilərə “Ahh, içim yanır – məni söndürən tapılarmı?!” deməsini ikrahla xatırlayırdılar. İstanbul daşnaklarının liderlərindən olan Masis Tovjyan isə deyirdi: “Beləsinin üzünə tüpürmək belə, istəmirəm. Andranik Ozanyan çox əxlaqsız, sürtük bir insandı. Uşaqbazlığını, kişilərlə yatağa girib “ehtiraslı qadın” olmaq istədiyini gizlətməyən dəyyusdur o!”. Andranikin paşa adlandırılmasının tarixçəsi də onun nakam məhəbbəti ilə bağlıdır. 1895-ci ildə Qarsdan Samsuna yollanaraq Axbur Serob adlı erməni qiyamçısının dəstəsinə qoşulan Andranik elə ilk gecəni Serobun çadırında keçirir. Səhəri gün 4 nəfər güllələnir. Onlar Serobla Andranikin gecə eyş-işrətini görmüş mühafizəçilər idi. 1900-cu ildə kürd ağa Bşare Xəlil erməni Serobu tələyə salıb başını kəsir. “Sevgilisi”nin öldürüldüyünü eşidən Andranikin üç gün-üç gecə ağladığı deyilir. Serobun öldürülməsindən 8 ay sonra Andranik dəstəsi ilə Xəlil ağanın kəndinə girir. Kürd ağanı və onun 17 mühafizəçisini öldürürür. Beləliklə, Andranik həmcins sevgilisi Serobun qısasını alır. Məhz bu olaydan sonra ermənilər Andranikə “paşa” deməyə başlayırlar. Andranik ABŞ-da son günlərini yaşarkən, onun qulluqçularından biri olan Repsime Yanusyan bu adamın ömrünün son günlərinədək hər gecə yatarkən qadın tumanı geyməsi barədə xatirələrini bugün də ermənilər gizliliklə qoruyur.

Bu gün fahişəlik dünyanın müxtəlif ölkələrində müxtəlif statusa malikdir. Bəzi ölkələr (bir çox Avropa ölkələri) fahişəliyi leqallaşdırıb, bəzi ölkələrdə isə bu. Qadağandır. Hətta İran İslam Respublikasında fahişəlik edən ölüm cəzasına layiq görülür. ABŞ-da fahişəliyin leqallaşdırıldığı yeganə ştat Nevada ştatıdır. Türkiyədə küçə fahişəliyi qeyri-leqaldır, lakin dövlət fahişəxanaları leqal fəaliyyət göstərir. Bəzi hallarda fahişə fəaliyyəti və fahişəxanalar qırmızı fənərlər (“Red Light” məhəllələri Tayvanda 2011-ci ildən bu yanan qanunidir) rayonları ilə məhdudlaşdırılır. Qeyri-rəsmi məlumatlara görə, sayları 300 minə çatan fahişənin olduğu İspaniyada isə fahişələrə xüsusi gödəkçələr paylanılır. Belə ki, gecə saatlarında fahişələr yaxınlaşan avtomobillərin qarşısına qaçır ki, bu zaman da çoxlu qəzalar baş verir. Dövlət də həmin qadınların və sürücülərin, eyni zamanda sərnişinlərin təhlükəsizliyi üçün onlara fosforlu – yəni, gecələr aydın sezilən gödəkcələr paylayır. Gödəkcəni geyinməyən fahişələr 50 avro cərimə olunur. İtaliyanın şimalındakı Trevizio vilayətindəki yollarda isə üzərində mini yubkalı qadın fiquru olan lövhələr – yol hərəkət nişanları quraşdırılıb. Bu vasitə ilə dövlət idarələri sürücüləri ehtiyatlı olmağa və yol kənarında fahişəliklə məşğul olan qadının ola biləcəyinə işarə edir. Lövhənin üstündə belə yazılıb: “Attenzione prostitute”, yəni, “Diqqət fahişə”…2010-cu ildən Meksikada vaxtilə fahişə olmuş qarılar üçün qocalar evi açılıb. “Qədim peşə sahibləri” qocalıb özlərinə “iş” tapmayan zaman adətən küçədə kimsəsiz qaldığı üçün hökumət onlara bu cür yardım göstərmək qərarına gəlib.

Yaşıl rəng – fahişəlik leqaldır; Göy rəng – bordel və sutenyorluq qadağandır, Qırmızı rəng – fahişəlik qadağandır.

2016-cı ilin statistikasına əsasən, Azərbaycanda 25054 nəfər fahişə var. Azərbaycanda fahişəlik qadağandır və əxlaqsızlıq yuvaları açan şəxslər 6 il azadlıqdan məhrum etmə cəzasına layiq görülürlər.

[1] http://www.filozof.net/Turkce/nedir-ne-demek/12699-fuhus-nedir-tarihi-dinler-tarihinde-fuhus-hakkinda-bilgi.html / (İslam Ansiklopedisi)

[2] Göktürk Ömer Çakır – Antik çağda fahişelik ve mekan

[3] http://www.filozof.net/Turkce/nedir-ne-demek/12699-fuhus-nedir-tarihi-dinler-tarihinde-fuhus-hakkinda-bilgi.html / (İslam Ansiklopedisi)

[4] https://www.thoughtco.com/history-of-prostitution-721311

[5] Иоганн Блох – История проституции 1994 s. 16

[6] Göktürk Ömer Çakır – Antik çağda fahişelik ve mekan

[7] Nicki Roberts Qərb tarixində fahişələr
libre.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.