Penisilinin kəşfi Bəşər tarixinin ən böyük kəşflərindən biridir

10-05-2024, 09:24           
Penisilinin kəşfi Bəşər tarixinin ən böyük kəşflərindən biridir
Penisilin 1928-ci ildə kəşf edilsə də onun istehsalı İkinci Dünya Müharibəsinə qədər əhəmiyyətli dərəcədə artmadı. Savaş antibiotiklərin geniş miqyaslı istehsalını zəruri qıldı. Bu da fermentasiya texnologiyalarında irəliləyişlərə səbəb oldu.
Şotlandiyalı həkim Alexander Fleming penisilini 1928-də təsadüfən kəşf etmiş, ona əvvəlcə "kif suyu" adı vermişdi. Avstraliyalı alim Hovard Flori (Florey) və britaniyalı biokimyaçı Ernst Çeyn penisilin qəlibini dərmana çevirdilər.

Fleming, Flori və Çeyn 1945-ci ildə "penisilinin kəşfinə və onun müxtəlif yoluxucu xəstəliklərdə müalicəvi təsirinə görə" tibb üzrə Nobel mükafatına layiq görüldülər. Penisilinin kəşfi Bəşər tarixinin ən böyük kəşflərindən biridir. Təsadüfi deyil ki, Flemingin adı “Dünyanın ən məşhur 100 adamı” siyahısında yer alır.
https://t.me/ibrahim_nebioglu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.