İnsulinin kəşfinə təkan verən kəşf...

24-05-2024, 12:24           
İnsulinin kəşfinə təkan verən kəşf...
1889-cu ildə Oskar Minkovski mədəaltı vəzinin nə işə yaradığını öyrənmək üçün itin həmin nahiyyəsini kəsib götürür. Bundan sonra o müşahidə edir ki, it daha tez-tez işəməyə başlayır. Eləmir təmbəllik, barmağını itin idrarına (sidiyinə) batırıb dadına baxır. Sidiyin çox şirin olduğunu müəyyən edən Minkovski mədəaltı vəzinin qanda şəkər miqdarının tənzimləməsində rolunun olduğunu məhz bu hadisədən sonra ortaya çıxarır. Bu həmçinin, diabet xəstəliyinin mədəaltı vəzi ilə birbaşa bağlı olmasında, insulinin kəşfində, həm də insulinin itin mədəaltı vəzindən ekstraksiya olunaraq insana yeridilməsində təməl elmi kəşf olmuşdur.
Sidiyin dadına baxmaq iyrənc görünə bilər, lakin bu cür cəsarətli alimlər sayəsində tibb o zaman elmə məlum olmayan bir çox xəstəliklərə məhz bu təcrübələrlə gəlib çatmışdır.
P.S. Foto illustrativ səciyyə daşıyır.
Shuay Abdullayev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru