ETRUSK ƏCDAD QOHUMLAR SUYU TEXNİKİ SORACLA YUXARI VURA BİLİRDİLƏR
31-05-2024, 09:08
Saytımdan gördüyünüz kimi, Türkiyədən ORHAN EMİN Etrusk mətnlərindən etdiyim tərcümələri görüb, özündə olan bəzi Etrusk şəkillərini göndərib. Onlardan yazılı olanlardan biri diqqətimi cəlb etdi. Oxunub sirrinin türkcə açılması isə cəmisi heç yarım saat da çəkmədi. Çünki bizim dildir.
Məlum olur ki, Etrusk mədəniyyətinə və texnologiyasına dünya öz heyrətini nahaqdan izhar etmir. Yəni ona heyrətdə dünya haqlıdır.
Aşağıdakı şəkildə ~2300-2500 il bundan qabaq qohum ulular mexaniki su-sorac (termin mənimdir - nasos) vasitəsilə altda qabdakı, anbardakı və ya bəlkə də dayaz quyudakı suyu yuxarıdakı qablara vura bilirmişlər. Bunu özləri yazır. Şəkildəki yazılar sağdan sola və şaquli (yuxarıdan aşağı) vəziyyətdə bu cür deşifrə olunurlar:
ATA* ATİ ZIX USUL TİUR ŞİNTHİAL MUTHİ
Belə qəliblənir:
ATA ATIZIX USULTİUR SHİNTİAL MUTİ* -
*Bu, Etrusk ləhcəsidir. Heç nə təəccüblü deyil. Onlar. məs., "BU İŞLƏMƏDƏ" kəlməsinə "BU İŞDOMDO" deyirdilər. Dillərində "O" səsi boldur. Qəribə şivələri olub. Amma Türk şivəsidir !!
Yuxarıdakı cümlə bu günkü dilimizdə belə səslənməlidir:
ATA-ATICIX ÜSULUDUR SİNTİAL MUTİ.
Sözlərin ikisi bizə naməlumdur:
SİNTİAL - dənizçilik termini olub (su) anbarı (трюм) deməkdir,
-----------Türkiyə lüğətində;
MUTİ - verən - (дающий) yenə də Türkiyə lüğətindədir;
ATA-ATICIX USULDUR SİNTİAL MUTİ------------ yəni,
ATA-ATICIX ÜSULDUR ANBARDAN (QUYUDAN) [SU] VERİR...
*****
Cihazın özü də (2-ci şəkil) bu sözlərsiz də hər şeyi deyir...
Dörd kəlməli mətn su-soracın necə işlədiyi barədə məlumat verməsə də, tarihde "Perepetuum mobile" - Daimi mühərrikin mövcud olduğuna delalet edir. Onun mexaniki üsulla sudartma funksiyasını aça bilsəydik, quyu sahiblərini gör nə qədər sevindirərdik. Və dünyada ilk bu cür su-sorac hazırlayan biznes sahibi olardıq.
____________________
Qeyd: Orhan Emin Efendidən xahiş edək ki, mümkünsə şəkli tam formatda göndərsin. Çünki ən vacibi odur ki, lap yuxarıdakı sözün yalnız alt izləri görsənir. Onu oxumaq olmur. Ancaq onsuz da hər şey aydındır.
* ATA - bu kəlmə aşağıdakı şəkildə görünmürdü. Sonra xahişimlə Orhan Emin Efendi u şəkilləri bir də mesencerimə göndərdi. U şəkildə ilk ATA sözü dəqiq oxunur. Amma zənnimcə bu, ailə başçısı ATA deyil. Bu kiçik mancanağın funksiyasını ifadə edən ATA-ATA feilinin qoşa səslənmiş versiyasıdır.
Tariyel Azerturk
TEREF