MANAS DASTANI və ŞAH İSMAYIL XƏTAYİ

6-07-2024, 12:18           
MANAS DASTANI və ŞAH İSMAYIL XƏTAYİ
Qurd olanda nə olar, bu saat onun ciyərini çıxardacağam - deyə on yaşlı Manas qurdun arxasınca düşdü. Az qaldı quyruğundan yapışsın, amma çata bilmədi. Qurd qaçıb getməkdə idi. Manas axan qanın izi ilə onu təqib etdi. Qurd qayanın önündəki qara mağaraya girib gizləndi. Manas da onun izi ilə mağaraya girdi.
Manas mağaraya girəndə gözünə inanmadı; içəridə yaraşıqlı libaslı qırx kişi əyləşmişdi. Qanadlı atları vardı. Gözlərindən nur yağırdı. Onların yanında Oşpurun axsaq quzusu mələyə-mələyə durmuşdu. Böyüklərdən çəkinən Manas onlara salam verdi. Soruşdu:
- Ağalar, quzunu qapan qurdu görmədiniz ki?
- Gördük, - dedilər. Oturanlar bir-birilərinə baxaraq gülümsədilər: - O qurd elə bizik, biz qırxlarıq.
Manasın onlara inanmadığını görən qırxlardan biri bir anda qurd cildinə girdi. Manas daha inandı.
Oturanların böyüyü dedi:
- Biz qırxlar sənin yoldaşlarınıq. Nə zaman dara düşsən köməyinə gələrik. Qırxlar Manasla görüşüb-öpüşdülər və sözləşdilər.
ŞAH İSMAYIL XƏTAYİ
Qırxlar meydanına vardım,
Gəl bəri, ey can, dedilər.
İzzət ilə salam verdim,
Gəl uş də meydan dedilər.
….
Münafiq ləşkəri bir ğazi görsə,
Qоyun ki, qurd tоxur, andan betərdir.
Mukhtar Mustafayev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.