Pezeşkianın İran prezidenti seçilməsi barədə - Səxavət Məmməd yazır...

7-07-2024, 08:08           
Pezeşkianın İran prezidenti seçilməsi barədə - Səxavət Məmməd yazır...
Molla, avtafa deyib lağ etsək də, İran dünyada və regionda baş verən proseslərə çox tez adaptasiya olur. Pezeşkianın İranda prezident seçilməsinə də bu yöndən baxıram. Regionda çox qəribə hadisələr cəryan edir. Bu hadisələrin lokomotivi kimi də Azərbaycan görünür. Xüsusilə Türk Dövlətlər Təşkilatının (TNT) formalaşması İranın diqqətini çəkməyə bilməzdi. İran dərhal cild dəyişiminə getdi. İran dövlətçiliyi ətrafında gedən proseslərə reaksiya verdi. İran türk libası geyinərək siyasətini davam etdirəcək.
İrandan təkcə Azərbaycan türkləri ilə yanaşı çoxlu sayda türk tayfaları yaşayır. Yəni, İran bu dəyişiklikdən sonra çıxıb "ən böyük türk dövlətlərindən biri bizik" desə, qətiyyən təəccüblənməyəcəm. Cəlilinin seçilməsi o demək olacaqdı ki, İran ənənəvi siyasətini davam etdirəcəkdi. Ənənəvi olana qarşı mübarizə aparmaq isə çətin deyil. Gələcək təhlükəni də bilirsən, təhlükəyə qarşı quracağın müdafiəni də. Pezeşkianın seçilməsi isə bir çox şeyləri sıfırlayacaq.
İran dinlə Azərbaycana lazımı qədər yerləşə bilib. Nədənsə İran adı gələndə ağıla ilk Nardaran gəlir, hesab edirəm ki, Gəncə daha çox diqqətimizi çəkməlidir. Təkcə Azərbaycana yox, İran Azərbaycanın başının üstündən Gürcüstandakı azərbaycanlılara nüfuz edə bilib. İranda da başa düşürlər ki, dinlə bir yerə qədər getmək olar. Ona görə də, milli məsələni qabartmaq daha effektivdir. Beləcə din və milli paralel irəliləyəcək.
Pezeşkian seçki kompaniyası ilə artıq bir çoxlarının rəğbətini qazanmış oldu. Əgər İran dövlətinin məqsədi həqiqətən də budursa, Pezeşkianın təşəbbüsü ilə İranda azərbaycanlılarla bağlı islahatların şahidi olacağıq. Prosesi hətta Azərbaycanda yaşayanların cənubdakılara həsəd aparacağı həddə də gətirə bilərlər. Bunun baş verəcəyi təqdirdə məncə ssenariləri sadalamağa gərək yoxdur.
Qarabağ Azərbaycan xalqı üçün bir növ ideologiya, konkret desək hədəf idi. Qələbə nəticəsində hədəfə çatıldı, ideologiya isə gündəmdən düşdü. Azərbaycan xalqına yeni hədəf, yeni ideologiya lazımdır. Əgər bu hədəfi Azərbaycan özü müəyyən etməsə, boşluğu dolduracaq qüvvələr çox olacaq.
Maraqlı olsa, bu yöndə daha geniş yazaram...
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.