SEVİNƏK, ALQIŞLAYAQ, DƏSTƏKLƏYƏK
8-07-2024, 00:01
Amma başımızı itirməyək. Yorulmadan öyrənməli və çalışmalıyıq
RAUF MİRQƏDİROV
Mənim əziz dostum İbrahim Nebioğlu Niderland millisinin məşqçisi Kumanın Türkiyəni "kiçik futbol ölkəsi" adlandırmasına etiraz edir. Türkiyədə ozun müddət yaşadığım üçün əminliklə deyə bilərəm ki, idmanın bu növünə marağın miqyasına görə Türkiyə dünyanın ən böyük futbol ölkələrindən biridir. Bu cür marağı və coşqunu, eyni dərəcədə əminliklə deyə bilərəm ki heç bir Avropa ölkəsində görməmişəm Bu baxından hətta İtaliya ilə İspaniya da Türkiyə ilə müqayisə oluna bilməz.
Düşünürəm ki, Kuman öz fikrini daha korrekt ifadə edə bilərdi. Amma etiraf etmək lazımdır ki, Niderland yığması ilə müqayisədə Türkiyə millisinin uğurları o qədər də böyüj deyil. Mən hələ Almaniya, İtaliya, İspaniya, Fransa, İngiltərə, Braziliya və Argentinanı demirəm. Bu qaçılmaz faktdır.
Türkiyə millisinin uöurlarına hamımız sevinirik və gələcəkdə də sevinəcəyik. Amma yuxarıda qeyd etdiyuəim faktı yeni məşqçi tapmaqla deyil, böyük uğurlarla dəyişmək olar.
Bəzilərinin məni qeyri-obyektivlikdə ittihan etməsinə imkan verməmək üçün Türkiyə və Niderland millilərinin uğurlarının qısa icmalını verirəm. Türkiyə millisi Avropa miqyasına 90-cı illərin ortalarında çıxıb. Niderland millisi isə artıq 70-ci illərdən Dünya çempionatlarında uğurla çıxış edirdi.
Türkiyə millisinin uğurları:
- 2002-ci il Dünya çempionatında 3-cü yerin və bürünc medalın sahobi;
- 2003-cü Konfederasilar Kubokunda 3-cü yer;
- 2008-ci il Avropa çempionatında 3-4 yerləri bölüşdürüb və bürünc medalın sahibi olub.
Niderland komandasının uğurları:
- 1974, 1978, 2010-cu illərin Dünya çempionatlarının gümüş medalının sahibi;
-2014-cü il Dünya çempionatının bürünc medalının sahibi;
- 1988-ci il Avropa çempionu;
- 1976, 1992, 2000, 2004-cü illər Avropa çempionatının bürünc medalının sahibi;
- 2019-cu il Millətlər Liqasının bürünc medalının sahibi.
Mən bilərəkdən Olimpiya oyunrında komandalarən göstərdiyi nəticələri sadalamadım. Futbolda bu o qədər də önəmli deyil.
Amma artıq deyə bilərik ki, bu çempionatdan sonra statistik "hesab" Türkəyinin deyil, Niderlandın xeyrinə dəyişəcək.
Bir sözlə, onu demək istəyirəm ki, uğurlara sevinək, alqışlayaq, dəstək verək. Amma başımızı itirmayək. "Böyüklüyümüzün" Dünya tərəfində etiraf edilməsi üçün böyük uğurlarımız çox və danılmaz olmalıdır. Bunun üçünsə çox öyrənmək və çox çalışmaq lazımdır. Öyrətmənlik etmək üçün əvvəlcə öyrənci olmağı bacarmaq lazımdır. Öyrənci olduğunu etiraf etməkdən utanmaq lazım deyil. Özü də söhbət yalnız futboldan getmir...
Əziz doatum, İbrahim! Çox xahiş.edirəm ki, məndən inciməyəsən. Sən Azərbaycanımızın ən çox dəyərləndirdiyim aydınlarından birisən. Sadəcə olaraq bəzi düşüncələrimlə səninlə bölüşmək istədim...
Sürix
7 iyul 2024-cü il
RAUF MİRQƏDİROV
TEREF