ZIRRAMA

8-07-2024, 08:58           
ZIRRAMA
Eşqin yüz faiz zırrama hüceyrələrdən hazırlanmış insan idi. Dili timsah, beyni kolibri boyda olan, məhəllədəki çayxanadan başqa heç yeri görməyən, telefonu smart, özü axmaq, Kurtlar Vadisini kinematoqrafın şedevri hesab eləyən, beş hərfli sözü altı səhvlə yazan, həyatında ən böyük məqsədi 07 almaq olan insan idi Eşqin.
Eynəyi hər zaman 3 cm aşağıda burnunun üstündə, başı sement qarışdıran maşın kimi 360 dərəcə dönür, hər qız keçəndə ağızdan köpük, şit zarafatlarla əhval ruhiyyəni süni qaldırmaq istəyi, 11-ci sinif havası. Bu idi Eşqinin mövcudluğunun mahiyyəti.
Eşqinin özü kimi keyfiyyətsiz, İSO sertifikatı olmayan dostları da var idi. Əmtəə nişanı olmayan, markasız dostlarıyla birlikdə hər gün yığışırdılar universitetin qabağına. Eşqin aralarında şir idi. Özünü lider sayırdı, əslində isə AZTV olduğundan xəbərsiz idi.
Yanından keçən hər insana ilişməli idi: gah siqaret dilənirdi, gah pul, gah da söhbətə çağırırdı. Daxildən çürümüş insan idi Eşqin. İctimai tualetdən daha pis iy verirdi.
Mən qərara gəlmişdim ki Eşqini bu dünyadan yox eləyim. Qərarım qəti idi amma hələ dəqiq planım yox idi, necə eləyəcəyimi bilmirdim.
Bütün suallarıma olduğu kimi, bu sualıma da cavabı National Geographic-də tapdım. Balaca cılız bir insan hiylə ilə 200 kiloluq yırtıcı heyvan şiri, əvvəlcə qəfəsə saldı, daha sonra iynəsini vurdu yatızdırdı. Heç bir qışqır bağır olmadan, heç bir fiziki güc sərf eləmədən. Sadəcə ağıl ilə.
Mən çox böyük həqiqəti dərk elədim - hakimiyyət güclüdə deyil, hiyləgər olandadır. Bizim planetin ən hiyləgər canlısı insandır, ona görə bütün digər canlılar üzərində hakimiyyəti var. İnsanlar arasında da hiyləgər olan saf olanı idarə eləyir.
Bu - Eşqin üçün sonun başlanğıcı idi. Planımı qurmuşdum. Şiri qəfəsə salmaq lazım idi.
Səhərisi gün universitetin yanında duranda, Eşqin məni yanına çağırıb soruşdu,
- Qaqaş, eşitmişəm Amerikadan gəlmisən, amerikanski siqaretin olar?
Çıxartdım bir paçka qırmızı Marlboro verdim, Eşqin özünü yaxın hiss elədi.
Dedi,
- Qaqaş, neyləyirdin ki Amerikada?
Dedim,
- İşləyirdim.
Dedi,
- Harada işləyirdin, qaqaş?
Dedim,
- Sex shop-un nəzdində fəaliyyət göstərən vaginal vibratorların təmir servisində.
Dedi,
- Məzələnmə ala! O nətər olur?!
Dedim,
- Biz vibratorlar satırdıq, nəsə texniki nasazlıq olanda, xanım müştərilər gətirirdilər, biz təmir eləyirdik. Bizdə orada xüsusi test otağı da var idi, təmirdən sonra müştərilərin üzərində yoxlayırdıq elə.
Eşqinin ağzından su axdı. Dediklərimin hamısına inandı. Mənə də o lazım idi. Şiri qəfəsə salmaq prosesi gedirdi.
Dedi,
- Ala, sən öl mən də getmək istəyirəm Amerikaya!
Mən də bu sözü gözləyirdim...
Dedim,
- Sənin getməyinə heçnə mane olmur. Mən şəxsən sənin bütün sənəd işlərini həll eləyəcəm, səndən təkçə bileti alıb gəlmək qalacaq.
Dedi,
- Anam canı həvəsləndirdin e məni! Ala həri istəyirəm!
Dedim,
- Əla! Sənə New York-da bir aylıq dil kursu götürəcəyik, ev fılan hamısı mənlikdir, sən təkçə gəl şellən!
Şir artıq qəfəsdə idi…
Dediyim kimi hər bir işini həll elədim, özüm qayıtdım New York-a. Eşqin də bir aydan gəldi. Aeroportda qarşıladım, apardım Manhattan-a Times Square-ə, Eşqin həvəsləndi.
Dedi,
- Qaqa, ətağa gəl qız tutaq, qara qız istəyirəm! Ətağa neqr!
Dedim,
- Qardaşım, burada hamı turistdir, gəl səni aparım Manhattan-in şimalına Harlem-ə, orada hamısı qara qızlardır. Hamısının da sənin kimi idmançı oğlanlardan xoşu gəlir.
Eşqin sevindi, dedi,
- Ala bu neqrların hamısı peysərdir hə?
Heçnə demədim, apardım onu Manhattan-ın şimalına, Harlemə 5 küçə qalmış dayandım, dedim,
- Eşqin, buradan düz get istədyin qızı tut, sonra görüşərik.
Gecə... Saat 1-də... Eşqin... Tək... Harlemə qız tutmağa getdi...
O getdi, mən də arxasınca fatihəsini oxudum...
Gecə 1-də Eşqinin Harlemdən sağ qayıtmasının əmsalı 47.00 idi.
Nyutonun birinci qanunu – İndiyə qədər Harlemə iki addım atan olmayıb, birinci addımı atan kimi güllələyirlər.
Şiri qəfəsə mən saldım, iynəsini Harlem vurdu.
PS. Bu gün Eşqinin Harlemə girməyindən, başqa sözlə ölümündən 3 il ötür. Gəlin Eşqinin ruhuna hörmət əlaməti olaraq, hamımız ayağa qalxaq və bir dəqiqə dayanmadan gəyirək.
Məmməd Şiriyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.