DÜNYANIN ƏN AĞILLI İNSANLARI

8-07-2024, 15:34           
DÜNYANIN ƏN AĞILLI İNSANLARI
Niyə bu siyahıda biz yoxuq, türklər, ruslar yoxdur,
amma məsələn, İran var, belaruslar var, gürcülər var?
Bu ağır, ağlamalı suala cavab verə bilərsizmi?
İllərdir deyəndə ki, riyaziyyatın məktəblərdə saatını artırın, tədrisi Ana dilində edin topa-gülləyə tuturdular məni?
Deyəndə ki, bir ölkədə bu qədər musiqiçi, özünü sənətçi adlandıran toyxanaçı olmaz...bu qədər etinasızlıq etməyin, bu millətin intellektual bazasını yaradın...istehza edirdilər...
Tehran Texniki Universitetindən məzun olmuş bir riyaziyyatçı ilə söhbət etmişdim uzun-uzun, eşitdiklərimi yazmışdım, "Kakoy Tegeran, ala" deyə lağ eləmişdilər bizim tolstoyevskilər.
Rus məktəblərindən "məzun" olub 250-300 balla universitetə girəndə necə olmalı idi bizim ölkə insanının IQ səviyyəsi?
Gəlin heç olmasa həyəcan tam-tamları çalaq elliklə – vallah ölmüşük, ağlayanımız yoxdur sadəcə...
İbrahim Nebioğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru