"möcüzə" yaradan neyrocərrah professor Madjid Samii

5-05-2025, 08:54           
"möcüzə" yaradan neyrocərrah professor Madjid Samii
Bir gün bir qız uşağı aptekə gəlir. Qız əczaçıdan soruşur:
- Sizdə möcüzə varmı, dayı?
- Möcüzəni nə edəcəksən, qızım?
- Qardaşımın başında pis şiş var. Atam dedi ki, onu yalnız möcüzə xilas edə bilər. Mən də pul yığdım ki, möcüzə alıb qardaşımı xilas edim.
- Amma,qızım, biz möcüzə satmırıq!
Elə bu an arxada dayanmış müştərilərdən biri qızcığazın başını sığallayır:
- Nə qədər pulun var, göstər görüm? Tam möcüzə ala biləcək qədər yığmışsanmış...
Qızcığazla bir az söhbət etdikdən sonra həmin adam onunla birlikdə evlərinə gedir:
- Gedək baxaq görək, qardaşına möcüzə tapa biləcəyikmi!
Bu adam dünyaşöhrətli neyrocərrah Madjid Samii idi. İki gün sonra professor bir qəpik pul almadan körpəni əməliyyat edir. Bir müddətdən sonra isə "möcüzə axtaran" qızın qardaşı tamamən sağalır.
Madjid Samiinin hazırda 87 yaşı var. O, Hannoverdə özünün təsis etdiyi nevrologiya və neyrocərrahiyyə klinikasında çalışır. Tehranda doğulub, sonradan ailəsi ilə birlikdə Almaniyaya köçüb.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru