Batin alimi yazır: Quranın batini mənalarında nədən danışılır?
Dünən, 10:18

Bu gün Quran oxumuş hər bir insan orada yazılanları dərk etdiyini düşünür. Həqiqətdə isə heç kim Quranın əsl, yəni gizli olan batini mənalarını anlamır. Deyilənə görə, peyğəmbərimiz, müqəddəs yazıların hərfi mənalarının məntiqlə dərk edilməsinin qeyri-mümkünlüyünü xüsusi vurğulayaraq demişdir: “Kim ki, müqəddəs yazıları ağılla izah edir və təfsirdə düz nəticəyə gəlir, həqiqətdə o səhv təfsir verir”. Bu o deməkdir ki, Quranın əsl mənası adi insan üçün dərk olunmazdır. Bununla bağlı Quranın iki surəsinin ayətlərinə nəzər salaq.

Quranın Nəml surəsində Musa peyğəmbər deyir: "Mən oradan sizə xəbər və ya alov parçası gətirəcəyəm, bəlkə siz qızışasınız. O ona yaxınlaşanda oddan səs gəldi: "Odda və onun yanında olanlar xoşbəxtdirlər, Aləmlərin Rəbbi olan Allaha eşq olsun!" (Quran, 27:7-8). Məlumdur ki, adi oddan belə səs, fikir gələ bilməz. Cahil insan bu ayəti oxuyub üstündən keçər, anlamasa da davamını oxuyar. Kamil insan isə bu odun nə olduğunu, ondan gələn səsin, fikirlərin mahiyyətini öyrənmədən digər ayəyə keçməz. Düşünən insanla düşüncəsiz, cahil insanın fərqi bundadır. İndi bu ayətin təvilini, yəni batini mənalarının izahına keçək.
Aydın məsələdir ki, oddan, atəşdən belə səs gələ bilməz, fikir söylənilə bilməz. Bu o deməkdir ki, burda söhbət adi oddan yox, qədim müdriklərin "İlahi od" adlandırdıqları ilkin materiyadan, İlahdan gedir. Mifologiyaya görə bu İlahi odu yerə Prometey gətirmiş və öz əlləri ilə insan düzəldib, onu canlandırmışdı.
Deməli, burada od dedikdə - canlılara, insanlara həyat verən İlah, yəni ilkin materiya başa düşülməlidir. Bu İlahi odu gətirmiş Prometeyin adı batini mənada Pir-Maday, yəni Midiya piri, Midiya fironu deməkdir və bu da elə Azəri pirlərinin cəddi-əcdadı, qədim Misir mətnlərində pir Amon adlanan firon Əmandır.

Türk mənbələrinə görə məhz bu Azəri pir-bəgi - İlahdan göydə El, yəni El-İlah - Allah yaratmışdır və mən, internet səhifələrimdəki kitab və məqalələrimdə bu haqda çox yazmışam. Tövratda Midiya eli - ismaililərin Gelat eli adlanır və bizə bu el - Azərbaycanın Xelat Atabəglər Ailəsinin malikanəsi kimi tanışdır. Əhdi-ətiqdə Allah bu eli - "Mənim Geladım" adlandırır və bu da ismaililərin bu elinin elə Allahın, yəni Onu yaratmış pir Əmanın Eli - Beyti olması deməkdir. Quranda, Allahın Xelatdakı bu cənnət Evi - Xüld cənnəti adlanır və bu kitaba görə, İlahi oddan yaradılmış bu cənnət binası İbrahim peyğəmbər üçün yaradılmış və o bura "atılmışdır" (Quran, 37:97, 21:69). Və bura təhlükədən uzaq bir cənnət ölkəsinə çevrilmişdir. Başqa sözlə, İbrahim peyğəmbərin "atıldığı" odlu cənnət Beyti elə Quranda Xüld cənnəti adlanan Atabəglərin Xelat Evidir. Qədim miniatürlərdə oddan yaranmış bu cənnət Evi həm də cinlərin məkanı kimi göstərilir. Bu isə o deməkdir ki, Musa peyğəmbərlə "danışan" od - İlahi oddur, yəni ilkin materiyadır və Musa peyğəmbər də - göydə İlahdan El, yəni El-İlah - Allah yaratmış pir Amonun obrazıdır.
Tövratda və Quranda firon Amonun, yəni pir Əmanın ruhu - Musa, Moşe, Aşem, Sim və s. adlanır ki, batini mənada bu rəmzlər - "teurqiya ilə yaradılmış ruh" deməkdir. Başqa sözlə, Musa peyğəmbər dedikdə sufilər - pir Əmanın göydə ölümsüzlük qazanmış ruhunu nəzərdə tuturlar. Musa peyğəmbərin doğulanda səbətə qoyulub Nil çayına atılması və sonradan xilas olması, onun, Nuh peyğəmbər kimi gəmidə - göy okeanında axirətə qədər qalması və axirətdə Mehdi obrazında gəlməsi deməkdir. Quranda, Allahın Ruhunu daşıyan bu səbətin və ya gəminin axirətdə gəlməsi haqda yazılır: "Onlar səndən, "Nə zaman lövbər salacaq" deyə qiyamət vaxtını soruşacaqlar? De ki: "Bu haqda bilgi mənim Rəbbimdədir, öz vaxtında O, Onu açacaq. O Göydə və Yerdə çox ağır bir işdir. O sizə birdən gələcək" (Quran, 7:187). Bu o deməkdir ki, səbətdə çaya atılan Musa peyğəmbər, yəni pir Əmanın ruhu - axirətdə Mehdinin bədənində zühur edəcəkdir və o yenidən İlahi od gətirəcəkdir.

İlahi odun Musa peyğəmbərlə danışması da, onun göydə Allah yaratmasından əvvəl, ekstatik vəziyyətdə göyləri tədqiq etməsi mənasındadır. Tövrata görə, Allah göyü-yeri yaratmazdan əvvəl yer görkəmsiz boşluq və zülmət idi və yalnız Allahın Ruhu su üzərində dolaşırdı. Allah Ruhunun məhz bu "dolaşmasından" sonra O - "işıq olsun!" dedi və dünyanın yaradılışına başladı. Burada söhbət, qeyd etdiyim kimi firon Amonun ilkin materiyada, yəni İlahda dolaşmasından gedir ki, bu da ruhun, sufi silsiləsinin fəna və bəqa fazalarına yüksəlməsi və İlahı "seyr" etməsi məqamıdır.

Quranın Taha surəsində pir Əmanın göylərdə, yəni ilkin materiyada, İlahi odda dolaşması haqda yazılır: "Budur o od gördü və ailəsinə dedi: Dayanın, Mən od hiss etdim. Bəlkə mən oradan sizin yanınıza məşəllə qayıtdım və ya odun yanında düz yol tapdım. O onun yanına yaxınlaşanda deyildi: "Ey Musa! Həqiqətən Mən sənin Allahınam, ayaqqablarını çıxart! Sən müqəddəs Tuva vadisindəsən. Və Mən səni seçdim, indi sənə vəhy ediləni dinlə… " (Quran, 20:10-13). Burada Musa peyğəmbərin od görməsi, onun ekstatik durumda, yəni sufi silsiləsinin fəna fazasında İlahı "görməsi", onunla vəhdətə nail olması anlamındadır. Bu vəhdətdən sonra Allah ona - "Ey Musa! Həqiqətən Mən sənin Allahınam, ayaqqablarını çıxart! Sən müqəddəs Tuva vadisindəsən" deyir. Burada Allah mənasında olan Rəbbuke rəmzi batini mənada Rəb-bəg deməkdir ki, bu da pir Amonun bəqa fazasında kamilləşmiş Ba ruhunun Rəbbə, yəni Ra-Amon, Rəhman Allaha çevrilməsi anlamındadır.

Deməli, Musa ilə danışan Allah - bəglik məqamında göydə ölümsüzlük qazanmış pir Əmanın ruhudur. Burada "inneke bil vadil müqaddəsi tuva" sözlərindəki innəkə rəmzi batini mənada nunki, kənan, xanaan və s. mənalarında - göydə yaradılmış və iki dünyanı, yəni cənnəti də əhatə edən kosmik Allahdır. Mən, internet səhifələrimdəki "Великая тайна иудаизма и иудеев Хазарии" adlı məqalədə bu haqda yazmışam. Vadil və Tuva rəmzləri də batini mənada beyt, yəni Allahın Evi mənasındadır. Allahın göydəki Evinə səyahət etmək üçün isə, insanın ruhu bədənintərk etməlidir. Bu ayədə ayaqqabı mənasında olan "naleyk" rəmzi batini məntiqdə an-leyk, yəni İlahi-an, İlahın yaratma anını, məqamını bildirir ki, məhz bu anda İlahın bir "damlası" ana bətninə düşüb, körpəni canlandırır. Başqa sözlə, burada "ayaqqabılarını çıxart, sən Tuva vadisindəsən" dedikdə, batini mənada - "ruhunu bədənindən azad et və göydəki Beyt cənnətinə qalx" fikri başa düşülməlidir. Bundan sonra Allahın - "Mən səni seçdim, indi sənə vəhy ediləni dinlə" deməsi, Musa peyğəmbərin obrazının axirətdə Allah tərəfindən Mehdi obrazında göndərilməsi anlamındadır. Məhz bundan sonra o, Ruhul-Əminin (Amonun ruhunun) "ərəb dilində" onun ürəyinə endirdiyi vəhyləri qəbul etməyə başlayır.

Bütün bunlar o deməkdir, Quranın əsl - batini mənalarında söhbət - pir Amonun, yəni cəddi-əcdadımız firon Əmanın göydə İlahdan El, yəni cənnət vilayəti, ruhlar dünyası yaratmasından gedir. Quranın, Tövratın 7 qat dərin batini mənaları da - "7 günə" yaradılmış bu kosmik hadisənin yaradılışının izahına həsr olunmuşdur.

Bütün bunlar haqqında daha ətraflı məlumatlar, faktlar və mənbələr müəllifi olduğum “Batini-Quran” kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
Sufi-batin alimi
28.05.2025
TEREF