Rusiyada üç yaşayış məntəqəsi su altında qalıb

Bu gün, 00:08           
Rusiyada üç yaşayış məntəqəsi su altında qalıb
"Rusiyanın Krasnodar diyarının Tuapse rayonunda bələdiyyə xarakterli fövqəladə vəziyyət elan edilib".

Bunu diyarın qubernatoru Veniamin Kondratyev "Telegram" kanalında bildirib.

Bildirilir ki, bələdiyyə ərazisində yağan güclü yağış nəticəsində Novomixaylovsk qəsəbəsini, Moldavanovka və Defanovka kəndlərini su basıb.

Lermontovo kəndində əlverişsiz hava şəraiti səbəbindən körpü uçub. Defanovka kəndi ərazisində içərisində 25 nəfərin olduğu avtobus çaya düşüb, hamı xilas edilib. Sinoptiklərin məlumatına görə, avqustun 4-də leysan, şimşək çaxacağı, dolu düşəcəyi, güclü küləyin əsəcəyi gözlənilir.

Qasırğa avqustun 3-də Krasnodar diyarını əhatə edib, bölgədə fırtına xəbərdarlığı elan edilib. /Oxu.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru