Azərbaycan xalqına vurulmuş ağır zərbələr (son 250 ildə)
Bu gün, 00:03

Nadir şahın öldürülməsindən sonra ərazilərimizin xanlıqlara parçalanması;
Araz çayının şimal hissəsindəki ərazilərimizin (indiki Azərbaycan Respublikasının ərazisi) 1813-28, 1920-ci illərdə ruslar tərifindən yenidən işğal olunması;
1905-07-ci il soyqırımında ermənilər tərəfindən öldürülən azərbaycanlılar: 3 mindən çox;
1918-ci ilin Mart soyqırımında ermənilər tərəfindən öldürülən azərbaycanlılar: 300 mindən çox;
1920-21-ci illərdə (sovet işğalı ərəfəsində) öldürülənlər: 48 min nəfər;
1937-38-ci illərin Stalin repressiyalarında öldürülən azərbaycanlılar: 100 mindən çox;
1941-45-ci illər müharibəsində həlak olan azərbaycanlılar : 320 mindən çox;
1948-53-cü illərin deportasiyasında Qərbi Azərbaycandan, Zəngəzur və Dərələyəzdən qovulanlar: 100 mindən çox;(220 000. TEREF)
1988-92-ci illərdə Zəngəzur-Dərələyəzdən qovulanlar: 50 mindən çox; (1988-ci ildə Qərbi Azərbaycandan 260 000-dən çox adam qovulub. TEREF)
1990-cı il 20 yanvar hadisələrində şəhid olanlar: 150-dən çox;
1992-ci ildə Xocalıda soyqırıma məruz qalanlar: 613 nəfər;
Birinci Qarabağ Müharibəsində şəhid olanlar: 30 mindən çox;
İkinci Qarabağ Müharibəsində şəhid olanlar: 3 mindən çox.
Bundan başqa Azərbaycanın Dərbənd, Borçalı, Qarayazı, İrəvan, Zəngəzur adlanan böyük əraziləri əlimizdən alınmış, Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, minalarla çirkləndirilmiş, Naxçıvan blokadaya alınmışdır.
Bunların nəticəsidir ki, vaxtilə 3 milyon kv. km-dən çox ərazini idarə etmiş xalq indi 86,6 min kv. km-ə sıxışdırılmışdır. Nəticədə azərbaycanlıların yayıldığı və idarə etdiyi coğrafiya xeyli kiçilmişdir.
Mənbə: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.
Şəkil: Azərbaycan türkləri, 1903-2023-cü illər.
Azərbaycanlıların səhifəsi
TEREF