YAHUDİLƏR KİMDİLƏR; Həqiqətənmi Yəhudilər istedadlı bir irqdir?
Bu gün, 08:04

Eynşteyn... Şeylok... Rotşild... Trotski... İsa. Alim və filosof... acgöz sələmçi və vasitəçi... yoxsul mühacir... siyasət və maliyyə elitası... peyğəmbər... inqilabçı. Bütün bunlar əsrlər boyu yəhudi xalqının üzləri olub. Onlar əsrlərdə heyranlıq, paxıllıq, şübhə və nifrət ruhlandırıblar və dünyanı dəyişdirən personajlarla dolu olublar. Tarixçi Yuri Slezkin 20-ci əsrin yəhudi əsrindən başqa bir şey olmadığını, müasir dünyanın yaradılması üçün, yəhudilərin əvəzolunmaz olduğunun üzərində dayanıb.
“Seçilmiş insanlar” kitabında Riçard Linn dünya üzrə yəhudilərin ümumi intellektini sistematik şəkildə araşdırır və araşdırmaqda da davam edir. Tarixə, həmçinin genetik analiz və təkamül nəzəriyyəsindəki son nailiyyətlərə əsaslanaraq, Linn nümayiş etdirir ki, son 250 il ərzində yüksək İQ yəhudilərin təsirinin, uğurunun və gücünün əsasını təşkil edib. Bu tədqiqat müxtəlif ölkələrdə və bölgələrdə yəhudi təcrübələrinin qısa hesabatları, eləcə də yəhudi etikası daxilində mədəni və genetik bölünmələrin müzakirələri ilə birləşdirilir. Seçilmiş İnsanlar tarixçilər, təkamülçülər və bu əlamətdar insanları daha yaxşı başa düşmək istəyən insanların daim maraq dairəsində olub.
Qeyd: Bu məqaləni səhv başa düşməyin; Mən yəhudi həvəskarı deyiləm və ya əksinə. Bu, yalnız akademik mənbənn araşdırması üzərində yazılan bir məqalədir.
Dünya əhalisinin cəmi 0,2%-ni təşkil edən, lakin Forbes-in ən zəngin 400 nəfərlik siyahısında 10%-ni təşkil edən yəhudilər həqiqətənmi yüksək intellektə malik bir irqdir?
Bunun necə baş verdiyini araşdıraq;
1948-ci ildə yəhudilər torpaqları Fələstindən ayıraraq İsrail adlı ölkələrini qurublar. Bu həll ərəblərin xoşuna gəlməyib və sonrakı illərdə bu məsələ ilə bağlı bir neçə müharibələr başlanıbdı.
Yəhudilər bir-birinə ət-dırnaq kimi bağlı olan xalqdır. Bu xüsusiyyətlər illərdir onları birləşdirib və birlikdə uğurlu addımlar atmalarına səbəb olub.
"Cəmiyyət" və "Millət" fərqli anlayışlardır. Cəmiyyət dediyimiz anlayış ondan irəli gəlir ki, bir çox insan bir-birinə dözməsələr də, birlikdə yaşamalı olur. Millət isə bir-birini qoruyan, yüksəldən məfhumdur. Biz bunu yəhudilərdə görə bilərik.
İsrail Dövləti qurulmazdan əvvəl bütün müvəffəqiyyətli yəhudilər Avropa və Amerikada yaşayırdılar və çox uğurlu şirkətlərdə çalışırdılar. Bir sözlə, hamısı yaxşı təchiz olunmuş insanlar idi. Ölkə qurulduqdan sonra, onların hamısı öz ölkələrinə qayıtdılar və əvvəllər işlədikləri ölkələrdə öyrəndiklərini öz ölkələrinə tez uyğunlaşdırmaq və tətbiq eləmək şansı qazandılar. Beləliklə, belə bir ölkə təsəvvür edin: Siz laboratoriyada işləyərkən “bu nə cəhənnəmdir?” deyərək, narazılıq edən bir nəfərə də rast gəlmirsiniz. Hər kəs digərindən daha fəal, daha ürəklə işə başlamışdır. Bütün bu səbəblər yəhudilərin ildən-ilə güclənməsinə şərait yaratdıb.
Bəs bizim əsl sualımız nə idi: "Necə" bu insanlar bu qədər yüksək intellektə malikdirlər? Doğuşdanmı gəlir?
Cavab yox. Bu irqin üstün zəkası anadangəlmədir, lakin "heç bir yerdən yaranan" bir forma deyil, hər şey planlaşdırılmışdır. Gəlin görək necə:
Diqqət etsəniz görərsiniz ki, sinifinizdə uğur qazanan tələbələr və ya çox uğurlu milyarder dahilər ümumiyyətlə eynək taxırlar və onların əksəriyyətinin problemi miyopiyadır, yəni uzağı görə bilmirlər. Miyopiya dediyimiz fenomen göz bəbəyinin olması lazım olduğundan daha böyük böyüməsi ilə əlaqədardır. Bəbəyin genişlənməsinə nəzarət edən gen, beynin neokorteks adlanan hissəsinin ölçüsünə də nəzarət edir. Bu da uğurlu və ağıllı insanların niyə ümumiyyətlə eynək taxdıqlarını bizə izah edir.
Bütün irqləri müqayisə etsək, ən çox miyopi olan irq Aşkenazi yəhudiləridir. Aşkenazilər dörd etnik qrupdan biridir. Nobel mükafatı laureatlarının, şahmat dahilərinin, görkəmli riyaziyyatçıların və ən uğurlu beynəlxalq briç (oyun kartları ilə həyata keçirilən taktiki və analitik düşüncəyə əsaslanan Olimpiya beyin idmanıdır) oyunçularının böyük əksəriyyəti Aşkenazi yəhudiləridir. Qeyd edilən bu sahələr ümumiyyətlə bir yarışın intellektual nailiyyətlərini ölçmək üçün istifadə olunur.
Yəhudilər dünya əhalisinin cəmi 0,2%-ni təşkil etsə də, Forbes-in 400 nəfərlik ən zəngin siyahısında 10%-ni təşkil edir. Bunlardan 10%-i ən uğurlu idarəedici başçılar, 30%-i isə Nobel mükafatı laureatlarıdır. Avropalıların qazanma nisbəti 100 milyonda 75 olduğu halda, yəhudilərdə bu nisbət 100 milyonda 667-dir.
Amerikalıların qazandığı 200 Nobel mükafatından (2008-ci ilə qədər) 62-ni yəhudilər qazanıb ki, bu da 31%-ə uyğundur. Almanların qazandıqları 89 mükafatdan 21-i yəhudi olub. Hər 7 sahə mükafatçısından 3-ü və hər 16 Amerika riyaziyyatçısından 6-sı yəhudidir. Nobel mükafatı alan iqtisadçıların 45%-i yəhudilərdir.
156 beynəlxalq briç oyunçusundan 55-i yəhudidir və rus şahmat qrossmeysterlərinin 44%-i yəhudidir, o cümlədən Qari Kasparov və Bobbi Fişer.
Bəs onlar buna necə nail olurlar?
Təqib və ayrı-seçkilik fərziyyəsi: Yəhudilər əsrlər boyu həmişə kənarda qalıblar. Bu halda “ən güclünün sağ qalması”, yəni ən güclünün sağ qalması prinsipi davam edib. Sağ qalan yüksək İQ-yə malik yəhudilər bu genləri nəvələrinə ötürməyi bacarıblar. Yəhudilər bütün bu müddət ərzində ölkələri olmadığı üçün, köçəri kimi yaşamalı olublar. Ona görə də onlar pula dəyər verirlər və ondan istifadə etməyi çox yaxşı bilirlər. Ona görə də bank sektorunda çoxlu yəhudilərə rast gəlməyimiz sadəcə təsadüf deyil.
*Genetik olaraq, ötürülən zəka nəzəriyyəsi: Aşkenazi yəhudilərinin valideynləri yüksək intellektə malik olduqları üçün, uşaqlarını ağıllı və yüksək qida dəyəri ilə bəsləyirlər ki, sahib olduqlarını gələcək nəsillərə ötürə bilsinlər.
*Güclü ailə və irqi şəbəkə nəzəriyyəsi: daha əvvəl qeyd edildiyi kimi, onlar uzun illər ayrı-seçkiliyə məruz qalmışlar və bu da onları bir-birinə sıx bağlamışdır. Buna görə də onlar bir-birlərinə hər cür köməklik edib, geniş şəbəkəyə çıxışı təmin ediblər.
*a.qodlinin təsadüf nəzəriyyəsi: adından göründüyü kimi, a. Qodli tərəfindən irəli sürülən bir nəzəriyyədir. Bu nəzəriyyədə yəhudilərin tarix boyu davam edən hadisələr silsiləsindəki bütün amilləri, uğurları istiqamətində inkişaf etmiş və bu kontekstdə şans onların tərəfində olduğu üçün, uğur qazanmışlar.
İşlədi Esmira ŞÜKÜROVA
