"suyun azalması prosesi təxminən 2050-ci illərə qədər davam edə bilər.." — AÇIQLAMA

Bu gün, 07:54           
"suyun azalması prosesi təxminən 2050-ci illərə qədər davam edə bilər.." — AÇIQLAMA
"Xəzər dənizinin səviyyəsində dəyişmələr əsrlərdir müşahidə olunur. 1850-ci ildən rəsmi izlənmələr aparılır və dənizin dünya okean səviyyəsindən təxminən 28 metr aşağıda yerləşdiyi təsdiqlənib".

Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

O, bildirib ki, 1930–40-cı illərdə səviyyə -29 metrədək enib, 1977-ci ildə isə ən aşağı həddinə çatıb:

"Sonradan, 1990-cı illərdə suyun qalxması nəticəsində Bakıda və regionun digər sahil zonalarında obyektlər su altında qalıb".

Ekoloq bildirib ki, 1990-cı illərin sonlarından başlayaraq səviyyə yenidən azalmaqdadır və hazırda -29 metrə yaxınlaşır:

"Bu proses əsasən güclü buxarlanma (təxminən 15%), Xəzərə tökülən çayların (xüsusilə Volqa, Kür, Terek, Ural) su tutumunun azalması, kənd təsərrüfatı və təsərrüfat sahələrinin həddindən artıq su istifadəsi, iqlim dəyişmələri və atmosfer axınlarının zəifləməsi ilə bağlıdır. Alimlərin hesablamalarına görə, suyun azalması prosesi təxminən 2050-ci illərə qədər davam edə bilər".

Qeyd edək ki, Xəzər dənizi son illər quruma təhlükəsi ilə üz-üzədir. Bu proses təkcə Azərbaycanda yox, bütün Xəzərətrafı ölkələrdə ciddi müşahidə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru