Aliment borcuna görə həbslərin sayı getdikcə artır: - Çoban alimentin növbəti "qurban"ı oldu

Bu gün, 16:28           
Aliment borcuna görə həbslərin sayı getdikcə artır: -
Aliment borcuna görə həbslərin sayı getdikcə artır. Bu həbslər aliment ödənişi ilə bağlı məhkəmə qərarlarının icra olunmaması əsası ilə həyata keçirilir.
Bizimyol.info xəbər verir ki, Tovuz rayonunda Ceyran çölü adlanan ərazidə yerləşən fermalardan birində çoban işləyən şəxs də aliment borcuna görə həbs olunub.

İki il əvvəl – 2023-cü ilin iyununda Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həyat yoldaşı Güneldən boşanandan sonra iki uşağına görə ona aylıq 440 manat aliment kəsilib. Lakin o, alimenti ödəyə bilmədiyinə görə məbləğlər toplanıb və şişərək 8360 manata çatıb.

O, alimentlə bağlı məhkəmə qərarını icra etməməkdə ittiham olunaraq, əvvəlcə inzibati qaydada cəzalandırılıb. Birinci dəfə 10 sutka, ikinci dəfə isə 15 sutka inzibati qaydada həbs olunub. Üçüncü dəfə artıq barəsində Cinayət Məcəlləsinin 306.1 (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb.

Təqsirləndirilən çoban məhkəmədə bildirib ki, keçmiş həyat yoldaşı 2013-cü il təvəllüdlü qızı və 2016-cı il təvəllüdlü oğlunu ona göstərmir. Onun sözlərinə görə, haqqında cinayət işi başlanandan sonra 236 manat ödəyib. Deyir ki, çoban kimi qazancı gündəlik tələbatına ancaq kifayət edir. Əgər məhkəmə onu azadlıqdan məhrum eləməsə, yenə də işləyib, imkanı çatdığı qədər ödəyər. Lakin məhkəmə onun 1 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Keçmiş həyat yoldaşı da ondan şikayətçi olub. O, aliment borcunun tam şəkildə ödənilməsini, əks halda, keçmiş ərinə azadlıqdan məhrumetmə cəzası təyin olunmasını hakimdən xahiş edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru