Qubada əkin sahəsinin yandırılmasına görə bir nəfər saxlanılıb.
"32gun.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 13-də Quba rayonunda biçilmiş taxıl sahəsinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən bir nəfər müəyyən olunaraq saxlanılıb.
Məlumata görə, araşdırmalarla bu qanunsuz əməlin rayon sakini Elvin Məmmədov tərəfindən törədildiyi məlum olub. Saxlanılan şəxs məsuliyyətə cəlb olunub.