Həkim olmaq istəyənlər üçün təhsilhaqqı artırılıb — 6500 manat (YENİLƏNİB)

Bu gün, 00:02           
Həkim olmaq istəyənlər üçün təhsilhaqqı artırılıb — 6500 manat (YENİLƏNİB)
Yeni tədris ili üçün Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsilhaqqı artırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent 4” jurnalında məlumat verilib.

Belə ki, ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olub. Bu il isə 2000 manat artırılaraq 6500 manata yüksəlib.

Bununla belə, “Tibb” ixtisası üzrə plan yerlərinin sayı dəyişməyib. Ötən il olduğu kimi bu il də həkim olmaq istəyənlər üçün 520 yer ayrılıb.

Həmçinin “Stomatologiya” ixtisasının da təhsilhaqqı məbləği 2 min manat artırılaraq 6 min manata çatdırılıb.

***

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova saytımıza açıqlamasında universitetdə təhsilhaqqının artırılması məsələsinə aydınlıq gətirib:

“Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb. Bütün universitetlərdə olduğu kimi, ATU-da da təhsilhaqqı ixtisaslara müvafiq olaraq artıb.

“Tibb” ixtisası üçün 6500 manat, “Stomatologiya” ixtisası üçün 6000 manat, “Əczaçılıq”, “Fizioterapiya”, “İctimai səhiyyə” və “Tibb bacısı” ixtisasları üçün isə 5000 manat olaraq dəyişdirilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru