Rusiya nüvə başlıqlı raketin sınağını keçirəcək - İDDİA
Bu gün, 17:23
Rusiya özünün "Burevestnik" nüvə başlıqlı yeni qanadlı raketinin sınağına hazırlaşır. Bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edilir ki, Rusiya Prezidenti Vladimir Putinin cümə günü ABŞ Prezidenti Donald Trampla Ukrayna üzrə danışıqlara hazırlaşdığı bir vaxtda buraxılışa hazırlıq tam sürətlə gedir.
Ekspertlər sınaq buraxılışının bu həftə baş tuta biləcəyini istisna etmirlər.
Vladimir Putin "Burevestnik"in faktiki olaraq qeyri-məhdud uçuş məsafəsinə malik olduğunu, bütün mövcud və perspektivli raketdən müdafiə sistemləri üçün əlçatmaz olduğunu bildirib.