Z nəsli üçün "dünyanın ən yaxşı şəhərləri" - SİYAHI

Bu gün, 00:16           
Z nəsli üçün "dünyanın ən yaxşı şəhərləri" - SİYAHI
Gənclərin yaşadığı şəhərdən gözləntiləri əvvəlki nəsillərə nisbətən fərqli ola bilər. Onlar üçün münasib qiymətlər, xoşbəxtlik səviyyəsi, mədəni müxtəliflik və yeni dostlar qazanmaq imkanları ön plandadır.

Valyuta.az xəbər verir ki, məşhur “Time Out” jurnalı da ilk dəfə olaraq 30 yaşdan aşağı nəsil üçün “dünyanın ən yaxşı şəhərləri”nin reytinqini açıqlayıb. Siyahı gənclərin həyat tərzinə və prioritetlərinə uyğun maraqlı nəticələr ortaya qoyub.

“Dünyanın ən yaxşı şəhərləri” sırasında yer alan şəhərlər

1. Bangkok - Tayland

Taylandın paytaxtı gənclər arasında xoşbəxtlik, münasib qiymətlər və yeni insanlarla tanış olmaq imkanlarına görə ən yüksək bal toplayıb. Bangkok həm də “dostcanlı, mədəni zəngin və “Wat Arun” kimi ikonik məkanları ilə hər cəhətdən ideal şəhər” kimi qiymətləndirilib.

2. Melburn - Avstraliya

Şəhər gənclər tərəfindən müxtəliflik və inklüzivlik (79%), zəngin incəsənət və mədəniyyət səhnəsi (96%) və yüksək həyat keyfiyyətinə görə təriflənib. Melburn həm də Time Out-un 2024-cü il üçün “ən cool küçə” adlandırdığı “High Street”ə ev sahibliyi edir.

3-cü yer – Keyptaun, Cənubi Afrika

Möhtəşəm təbiəti - "Table Mountain" və ucuz gecə həyatı ilə fərqlənən Keyptaunda gənclərin 75%-i içki məkanlarını münasib qiymətli hesab edir.

4.Nyu-York, ABŞ

Gənclərin ən çox “həyəcanlı” adlandırdığı şəhər. Gəzinti imkanları və zəngin gecə həyatı ilə önə çıxır.

5. Kopenhagen - Danimarka

Əla yemək mədəniyyəti, sosial mühit və münasibətləri ilə tanınır. Gənclərin yarıdan çoxu burada sevgi tapmağın asan olduğunu deyir.

6. Barselona, İspaniya

77%-lə gecə həyatı, müxtəliflik və inklüzivlik göstəricilərinə görə, Melburn ilə birinci yeri bölüşür

7 Edinburq - Şotlandiya

Yürüş imkanları, yaşıllıq sahələri və təbiətə çıxışa görə 95% olaraq yüksək qiymət alıb.

8. Mexiko - Meksika

Bangkokdan sonra gənclər üçün ən əlverişli şəhər kimi, eyni zamanda dünyanın ən xoşbəxt şəhərləri arasında ilk beşlikdə yer alıb..

9. London - İngiltərə

Müxtəlif mədəni tədbirlər, pulsuz əyləncə imkanları və zəngin qastronomiya səhnəsi ilə fərqlənir (95%).

10. Şanxay - Çin

Gənclərin “ən müasir” adlandırdığı şəhər. İctimai nəqliyyat (96%) və ümumi xoşbəxtlik göstəriciləri (84%) olaraq yüksək bal toplayıb.

“Time Out”un 2025-ci il üzrə Z nəsli üçün ən yaxşı 20 şəhəri:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru