Bloqer Varlamov həbs edildi

Bu gün, 00:08           
Bloqer Varlamov həbs edildi
Moskvanın Meşçanski məhkəməsi bloger və xarici agent kimi tanınan İlya Varlamovu Rusiya Silahlı Qüvvələri barədə yalan məlumat yaydığı üçün qiyabi olaraq 8 il yarım müddətinə ümumi rejimli koloniyaya məhkum edib.

Milli.Az xəbər verir ki, prokurorluğun məlumatına görə, Varlamov 99,5 milyon rubl məbləğində cərimələnib və 4 il müddətinə internet sayt və kanallarını idarə etmək hüququndan məhrum edilib. Cəza blogerin Rusiyada saxlanıldığı və ya ekstradisiya olunduğu andan qüvvəyə minəcək.

Qeyd edək ki, o, xaricdə olduğu müddətdə Rusiya ordusunun fəaliyyəti ilə bağlı yalan məlumat yaymaqda ittiham olunur. Varlamov barəsində beynəlxalq axtarış elan edilib və 2023-cü ilin martında Rusiya Ədliyyə Nazirliyi onu xarici agentlər siyahısına daxil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru