Britaniyada son 50 ilin ən kəskin quraqlığı qeydə alınıb
Bu gün, 17:44
Böyük Britaniyada bu ilin ilk yarısı 1976-cı ildən bəri ilin ən quraq dövrü olub.
News.sky.com portalı xəbər verir ki, ölkənin Ətraf Mühit Agentliyi bildirib.
Agentliyin məlumatına görə, ölkənin 14 regiondan 11-i quraqlıqdan əziyyət çəkib. Su ehtiyatları tükənib və bu, kənd təsərrüfatı məhsulları istehsalına mənfi təsir edib.
Həmçinin qeyd olunub ki, son günlər Britaniyada su anbarlarının doluluq səviyyəsi 67.7%-ə düşüb. Çayların 49%-də isə sululuq normadan aşağıdır.
İngiltərənin şimalındakı Yorkşirdə artıq bağların suvarılması qadağan edilib.