Ancelina Coli "Mr. & Mrs. Smith" filminin rejissorunun yeni layihəsində rol almağa hazırlaşır. Hollivud aktrisası Daq Laymanın "The Initiative" adlı casuslar barədə filmdə baş rollardan birini canlandıracaq.
Bu barədə "Championat" məlumat yayıb.
Gələcək layihədə tapşırıqları yerinə yetirmək üçün ən sərt tədbirlərdən istifadə edən bir casusun hekayəsindən bəhs ediləcək.
Filmin ssenarisini artıq "xXx: Return of Xander Cage" döyüş filminin süjetini hazırlayan F.Skott Freyzer yazmağa başlayıb. Filmin tam aktyor heyəti və premyera tarixi hələlik məlum deyil.