Cəlilabadda Kərəm Həsənovun adamları vətəndaşı incidir-Şikayət

1-11-2018, 07:06           
Cəlilabadda Kərəm Həsənovun adamları vətəndaşı incidir-Şikayət
Kərəm Həsənovun verdiyi tapşırıqlar DEDRX-nin 8 saylı Cəlilabad rayon Ərazi idarəsinin və Kadastr, Ünvan Reyster xidməti tərəfindən icra olunmur.

Cəlilabad rayon Muğanlı kənd sakini Ağayev Tərlan Abbasqulunun oğlu başına gələnlərə qulaq asdıqca ölkə başçısı cənab İlham Əliyevin dediyi sözləri xatırlamamaq mümkün deyil:,,Mən xalqın xidmətçisiyəm”.
Görəsən bu sözləri əyalətdə işləyən məmurlar eşitməyiblər?Əgər eşitməyənlər varsa, bu yazını oxuyandan sonra yəqin ki,yaddaşlarına həkk edərlər.Tərlan Ağayev saytımıza müraciətində bildirir ki, Cəlilabad rayonunda 1996-1998-ci illərdə aparılan islahatlar zamanı hamı kimi bizim də ailə üzvlərimizə dövlət aktı əsasında,beş nəfər ailə üzvlərimizlə birlikdə 68 sot pay torpaq verilmişdir.2015 ci ildə Dövlət aktı əsasında dövlət rüsumu ödəyərək 8 saylı ərazi idarəsi tərəfindən qeydiyyata alınıb. Çıxarış verilib. Baxmayaraq ki, Tərlan ailə üzvlerilə birlikdə on beş nəfərin yeganə dolanışıq yerleri bu torpaqdır. Şəxsi əkin sahəsindən istifadə etdiyi bir zamanda kimlər tərəfindənsə 22 sot torpağı zəpt edilir.
XəbərAl.az xəbər verir ki, Ardı Tərlanın öz dilindən: “Ağayev Tərlan Abbasqulu oğlu. Cəlilabad rayon Muğan kənd sakini. Dövlət aktına əsasən 5 nəfərlik ailə üzvümüzə 1996-cı ilin islahat dövrü ərəfələrində 68 sot pay torpaqn sahəsi verilib. Həmin pay torpaq sahəsinin də 2015-ci ildə dövlət aktına əsasən rüsumunu ödəmişik dövlət reyster xidmətinin 8 saylı ərazi dairəsinə, çıxarış verilib, plan ölçüdən imtina olunub. imtinada reyster rəisi səbəb kimi göstərib ki, cəlilabad rayonunda təkrar islahat getdiyi üçün sizin dövlət aktınız ləğv olunur. Şifahi olaraq bildirildi ki, `sənə plan və ölçünün verilməsi mümkün deyil. Soruşuram təkrar islahat nə vaxt keçirilib.Onda Yaşar Vəliyev idi oranın rəisi. Deyir keçirilib də 2003-2005-ci ildə. Yaxşı 2003-2005-ci ildə keçirilibsə islahat bəs 2015-ci ildə bu dövlət aktı necə olur qeydiyyata alır, çıxarış verir. (2015-ci il mayın 29-da çıxarış verilib halbuki).
Hazırda 68 sotun 28 sotunu bir şəxs istifadə edir qeyri qanuni üsullarla, 18 sotunu biri, 22 sotu hazırda bizdədir.

Şikaytçi XəbərAl.az -a bildirir ki, Cəlilabad inzibati iqtisadi məhkəməyə şirvana vermişdi. Şirvan İnzibati iqtisadi məhkəməyə müraciət etdim ki, plan ölçünü 8 saylı əraziləri tərtib edib versin mənə. Şirvan İnzibati iqtisadi Məhkəməsi də qərar çıxartdı ki,vətəndaşların xüsusi mülkiyyətində olan torpaq sahəsi plan ölçüsü tərtib olunsun və verilsin.Bunlar qərardan apelyasiyaya şikayət verdi. Apelyasiyadan ekspert təyin etdilər. Müstəqil qurum baxdı.Qərarın mənim xeyrimə olduğunu görən 8 saylı ərazi dairəsi məmurları apelyasiyadan şikayətlərini geri götürdülər. Yəni Apelyasiya işə xitam verildi. Birinci instansiyanın məhkəməsinin qərarı qüvvəyə mindi.Birinci 10 gün müddət verildi ki könüllü icra olunsun. amma məcburi icraata gəldi.Məcburi icra zamanı da Cəlilbad rayon icra və probasiya şöbəsinin məmurları reysterlə aralarında məktublaşdılar. 8 saylı ərazidə məktubda yazdı ki, həmin məhkəmə qətnaməsi icra olunub. Sadəcə bir dənə məktub.İcra məmuru da İcraata xitam verdi.Mən də qərarı əsas tutaraq yenidən Şirvan inzibati iqtisadi məhkəməyə hımin hakimin üstünə. baxmayaraq ki hakim mənim xeyrimə qərar vermişdi, bu dəfə ikinci xitamla bağlı iddiamı həmin hakim təmin etmədi. Qarşı tərəfin xeyrinə, guya ki həmin iddia təmin olunub.Bu iş bağlandı. Verdim Apelyasiyaya. Apelyasiya da iddiamı təmin eləmədi. Verdim ali məhkəməyə. Ali məhkəmə allah canına dəyməsin, hörmətli Hakimizin. Çox ədalətli qanuni sübut etdi ki qanun qanundu, iddiamı təmin etdi, apelyasiya məhkıməsinin qərarını ləğv elədi.Yenidən baxılması üçün göndərildi.
Şikayətçi XəbərAl.az -a bildirir ki, bizə Ağayev Murtuz adlı şəxs var, həmkəndlim 22 sot bizdə olan əraziyə traktor salıb şumlatdrmaq istəyəndə mən traktorun qarşısını kəsdim ki, bu səddən bu yana keçmə. Həmin gün 102-yə zəng etdi, guya ona baltayla hücum edib. Polis traktorçunu da çağırdı sorğuya, o da bildirdi ki heç bir balta və cinayət olmayıb .
XəbərAl.az xəbər verir ki, bu işə xitam verildi. Bir müddət keçəndən sonra iş təzədən açıldı və üçüncü dəfə rədd edildi. Cinayət tərkibi olmadığı haqda cavab çıxarıldı.
Amma mənə məhduduyyət qoyulub ölkədən çıxmağa. Bu məhdudiyyət qoyulandan sonra mən izahat vermişəm. Mən onlara bildirdim ki, bu necə ola bilər , istintaq zamanı məni çağırmamısız, izahatımı almamısız, cinayəti mən təsdiq etməmişəm, etiraf etməyə-etməyə bu maddəni qoyub iş açmısan. Əsas gətirdi ki Cəlilabad rayon daşınmaz əmlakın 15 saylı ərazi dairəsi var, orda məsləhətçidi ya mütəxəssis Nizami Tağıyev belə bir akt təyin edib göstərib ki, guya Ağayev Tərlan Abbasqulu oğlunun stifadə etdiyi 22 sot torpaq sahəsi guya bzada ağayev murtuza məxsusdu. Bu da belə çıxır ki, bu akta əsassən başqasının mülkünü istifadə edirsən. O nöqteyi nəzərdən biz cinayət işi açmışıq. . Cəlilabad rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Sadiq müəllimə deyirəm bu mənim dövlət aktım, bu mənim çıxarışım, məhkəmənin qərarı, ekspertin rəyi, sən bunu çağırardın izahatımı alardın, araşdırardın.
Sonra dedi özüm də bu aktı düzgün olmdığını bilirəm çünki burda zərərçəkmiş qismində israfilova ceyranın adı gedir. İsrafilova ceyranın işinə görə açmışam bu işi. XəbərAl.az xəbər verir ki, bu aktda qeyd olunub ki sənin istifadə etdiyin torpaq sahəsi Ağayev Murtuzundu. Deyir Murtuza deyirəm sənin yerinə giriblər, deyir yox.. özləri də bilmir neynirlər.. Beklədisə niyə mənə cinayət işi açılır. Deyir çalışacam işı xitam verəm, amma aylardır ki verilməyib…
Qarşı tərəflərin açıqlamaları gələn sayımızda.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.