NATO Rusiya sərhədlərini izləmək üçün peyk sistemi yaradacaq

13-06-2025, 12:37           
NATO Rusiya sərhədlərini izləmək üçün peyk sistemi yaradacaq
NATO hərbi təlimləri, hərəkətləri və döyüş əməliyyatlarını izləmək üçün yeni peyk müşahidə sistemi hazırlayır.

“Bloomberg”in verdiyi xəbərə görə, bunu NATO Müttəfiq Qüvvələrinin Transformasiya üzrə Ali Komandanı admiral Pyer Vandıe deyib.

Qeyd olunub ki, bu sistemin Ukraynada və Rusiyanın alyansın şərq üzv ölkələri ilə sərhədlərində vəziyyətin monitorinqi üçün istifadə ediləcəyi planlaşdırılır.

Admiral bildirib ki, layihə NATO-ya geniş ərazilərə nəzarət etməyə və təlimləri, qoşunların hərəkətini və döyüş əməliyyatlarını izləməyə imkan verəcək. Texnologiya Arktikanın monitorinqi üçün də istifadə oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru