ABŞ-də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

Dünən, 12:58           
ABŞ-də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi
ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noemin mühafizəçiləri amerikalı senator Aleks Padilyanı (Kaliforniya ştatından olan demokrat) mətbuat konfransından zorla uzaqlaşdırıblar.

TASS-ın verdiyi xəbərə görə, insident Kaliforniya ştatının Los-Anceles şəhərində baş verib.

Noemin çıxışı zamanı Padilya tribunaya yaxınlaşmağa cəhd edib.

ABŞ daxili təhlükəsizlik nazirinin mühafizəçiləri müqavimət göstərən və Noemə yaxınlaşmağa cəhd edən 52 yaşlı qanunvericinin qollarını burublar. Onu məkandan çıxarıb əllərini qandallayıblar.

Senator daha sonra sərbəst buraxılıb. K.Noem insidentdən sonra verdiyi açıqlamada mühafizəçilərin senatoru tanımadığını, hadisədən sonra onunla söhbət etdiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.