Tramp İsrailin İrana zərbə endirmə ehtimalını etiraf edib

13-06-2025, 12:34           
Tramp İsrailin İrana zərbə endirmə ehtimalını etiraf edib
“İsrail İranın nüvə obyektlərini vura bilər. ABŞ administrasiyası Tehranla münaqişədən qaçmaq istəyir”.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ondan İsrailin İrana hücum ehtimalına münasibət bildirməsi istənilib. Tramp bildirib ki, hər şey sadədir: “İran nüvə silahına malik ola bilməz. Biz onlara uğur qazanmağa kömək etməklə yanaşı, ticarət əlaqələri quracayıq. Biz lazım olan hər şeyi edəcəyik. Mən münaqişədən qaçmaq istərdim. İran daha sərt danışıqlar aparmalı olacaq, yəni indi vermək istəmədiyini bizə verməli olacaq”.

Bundan əvvəl “ABC News” xəbər verib ki, İsrail yaxın günlərdə İrana hərbi zərbə endirə bilər.

“Politico” isə mənbələrə istinadən xəbər yayıb ki, İsrail rəsmiləri bu həftə ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff ilə görüşməyi planlaşdırır. Görüşün mövzusunun İsrailin mümkün hücumu ola biləcəyi qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru