"Apple" Los-Ancelesdə oğurlanmış "iPhone"ları bloklayıb

13-06-2025, 15:16           
"Apple" Los-Ancelesdə oğurlanmış "iPhone"ları bloklayıb
"Apple" şirkəti Los-Ancelesdə son etirazlar zamanı oğurlanan bütün "iPhone" smartfonlarını bloklayıb.

Bu barədə "The Mirror" nəşri xəbər verir.

Bildirilir ki, cihazlar ucadan səslər çıxarmağa və ekranlarında onların geri qaytarılmasını tələb edən bir mesaj göstərməyə başlayıblar.

Hadisə Los-Ancelesin mərkəzində yerləşən "Apple Tower Theatre" brend mağazasında baş verib. Mağaza qarətçilərin hücumuna məruz qalıb, nəticədə şüşələri sındırılıb və məhsullar oğurlanıb.

Sosial şəbəkələrdə vitrinlərdən oğurlanmış "iPhone"ların həyəcan siqnalı verdiyini və aşağıdakı mesajı əks etdirən videoların tez bir zamanda yayıldığı bildirilir:

"Zəhmət olmasa, "Apple Tower Theatre"a qayıdın. Bu cihaz söndürülüb və izlənilir. Yerli hökumət orqanlarına məlumat veriləcək".

Qeyd edək ki, Los-Ancelesdəki hadisələrlə bağlı 14 nəfər həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru