Bakını gizlicə Las-Veqasa çevirənlər kimlərdir? - "Vegas Club" özünü hətta reklam da etdirir...

3-12-2015, 11:24           
Bakını gizlicə Las-Veqasa çevirənlər kimlərdir? - "Vegas Club" özünü hətta reklam da etdirir...
Azərbaycanda qumarxanalar hələ mərhum prezident Heydər Əliyevin dövründə yasqlansa da, son zamanlar bəzi işbazlar yenidən qumar oyunlarının təşkilinə girişiblər. teref.az bildirir ki, bununla bağlı bu günə kimi yerli KİV-lərdə yetərincə faktlar açıqlanıb.

Hətta vəziyyət o həddə çatıb ki, qumarxana işlədənlər nəinki aşkar fəaliyyətə keçiblər, hətta özlərini reklam etməkdən belə çəkinmirlər.

teref.aznun məlumatına görə, belə bir qumarxanalardan biri metronun "Elmlər Akademiyası" stansiyasının təzə çıxışı ilə üzbəüzdə fəalittə göstərir.

"Vegas Club" adı altında fəaliyyət göstərən bu qumarxana özünün əhali arasında dağıtdığı reklam vərəqəsində qeyd edir ki, hər gün saat 13:00-dan etibarən qumar oyunlarına başlanılır. Adını "loto" qoyan işbazlar hər saatda fərqli-fərqli uduşların olduğunu və uduşların miqdarını da bəri başdan açıqlayırlar.

Məsələn, saat 14.00-da 300 manat, 19.00-da 300 manat, 21.00-dan 22.00-a kimi uduşun üstündə 100 manat, gecə 00.00-da 200 manat, 03.00-dan 04.00-a kimi 50 manat uğrunda oynanılacaq.

Bir sözlə, özlərini rahatlıqla reklam edən "Vegas Club" təmsilçiləri hətta əlavə xidmətlər də təklif etməkdən çəkinmirlər...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru