“Azərittifaq” rəhbəri seçiciləri təhdid edir? — Eldar Quliyevdən Baş prokurora müraciət

19-01-2020, 10:32           
“Azərittifaq” rəhbəri seçiciləri təhdid edir? — Eldar Quliyevdən Baş prokurora müraciət
28 saylı Sabunçu 3-cü seçki dairəsinindən deputatlığa namizəd Aygün Süleymanlı "Azərittifaq”ın sədri Eldar Quliyevin onun tərəfdarlarını təhdid etməsi barədə məlumat yayıb.


Sözügedən iddia ilə bağlı həmin dairədən deputatlığa digər namizəd, hüquqşünas Səməd Vəkilov Baş prokuror müraciət edib.



S.Vəkilov saytımıza bildirb ki, namizədlərdən birinin dairədə təhdidləri haqda mətbuatda məlumat gedirsə, bu məsələ hökmən araşdırılmalıdır:



"Mən hüquqşünas və həmin dairədən deputatlığa namizəd kimi sayt vasitəsi ilə Baş prokuror Zakir Qaralova və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edirəm. 18 yanvar 2020-ci il tarixdə "Xanım jurnalistin "Azərittifaq” şefi olan alternativi seçiciləri hədələdir” başlıqlı yazıda 28 saylı Sabunçu 3-cü seçki dairəsindən deputatlığa namizəd Eldar Quliyevin digər namizəd Aygün Süleymanlının tərəfdarlarını təhdid etməsi haqqında məlumat verilib. Hesab edriəm ki, bu tipli məlumatlar araşdırlmalı və ictimaiyyətə məlumat verilməlidir”. (axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru