Hicran Hüseynovanın seçki şousu: işsizlər, pensiyaçılar…

25-01-2020, 00:26           
Hicran Hüseynovanın seçki şousu: işsizlər, pensiyaçılar…
41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd Hicran Hüseynova üçün seçkinin indidən yekunlaşdığını söyləmək olar.

Teref.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri H.Hüseynovanın rəqibləri ona alternativlər dekorasiyası yaratmaq üçün namizəd olublar.

H.Hüseynova ilə eyni dairədə “ATA HÜQUQ” MMC direktoru Elnur Abbaszadə, işsizlər Könül Alıyeva, Kamil Bədəlov, Murad Rəhimli, təqaüdçülər Əli İskəndərov, Vüqar Xəlilov, Tahir Əliyev, vəkil Nəsimi İsayev, sahibkar Bəhruz Mehdiyev deputatlıq üçün “yarışacaq”lar.

Həmçinin, “Lider-Modern” MTK-nın hüquqşünası Emin Nəbiyev, Sumqayıt bələdiyyəsindən Yusif Zamanlı və bir neçə şəxs namizəddir. Bir sözlə, 41 saylı Sumqayıt birinci seçki dairəsindən H.Hüseynovanın mandatı hazırdır.\Reportyor.info\












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru