İmişlidə seçicilər Razi Nurullayevi görüş yerindən qovdular - VİDEO

3-02-2020, 00:28           
İmişlidə seçicilər Razi Nurullayevi görüş yerindən qovdular - VİDEO
79 saylı İmişli Seçki Dairəsində vəziyyət getdikcə gərginləşir. Bu dairədən icra strukturlarının dəstəklədiyi Razi Nurullayev əksər seçicilər tərəfindən qəbul olunmur. Yerli qurumların səfərbərliyi ilə təşkil olunan görüşlərdə belə ona qarşı etirazlar ifadə olunur.

Bu gün İmişli şəhərində keçirilməli olan toplantı da bu səbəbdən baş tutmayıb. Razi Nurullayevin təbliğat görüşünün keçirilməsi nəzərdə tutulan yerə toplaşan sakinlər namizədin ünvanına sərt ifadələr işlədiblər.

Seçicilərin reaksiyasını görən R.Nurullayev bahalı avtomobilinə əyləşərək ərazidən uzaqlaşıb.qlobal.az/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru