Gömrük Komitəsi “İnstagram” səhifəsindən kimləri izləyib? – İnanılmaz SİYAHI

20-05-2020, 16:27           
Gömrük Komitəsi “İnstagram” səhifəsindən kimləri izləyib? – İnanılmaz SİYAHI
Dövlət Gömrük Komitəsinin “İnstagram” sosial şəbəkəsindəki səhifəsi tərəfindən izlənilən səhifələr arasında Komitənin fəaliyyəti ilə əlaqəli olmayan çoxlu sayda səhifələr olub.
Yeniavaz.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin “İnstagram”dakı səhifəsi (instagram.com/azegomruk/) tərəfindən izlənilən səhifələr arasında “diana_ahadpour”, “sevvalsam”, “sinemkobal”, “hilalltinbelek”, “al_aneesa_fashion22” kimi səhifələr mövcud olub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin “İnstagram”dakı səhifəsi aralarında müğənnilərə, aktrisalara məxsus olan, həmçinin kosmetika, avtomobil sahələri il bağlı səhifələrin də olduğu ümumilikdə 67 müxtəlif səhifəni izləyib.
Onu da bildirək ki, bu məlumat bu gün sosial şəbəkələrdə yayılandan sonra Dövlət Gömrük Komitəsinin “İnstagram”dakı səhifəsi adları qeyd olunan səhifələri izləmədən çıxarıb.
Bundan sonra Dövlət Gömrük Komitəsinin sosial şəbəkədəki “İnstagram” səhifəsində məsələ ilə bağlı açıqlama yerləşdirilib. Açıqlmada qeyd olunur ki, Komitənin sosial şəbəkədəki “İnstagram” səhifəsində kənar müdaxilələr nəticəsində problemlər yaranıb: "Hazırda kənar müdaxilələrin nəticələri aradan qaldırılıb və problemin bir daha baş verməməsi üçün mütəxəssislər tərəfindən müvafiq addımlar atılır. Bizdən asılı olmadan yaranan problemə görə izləyicilərimizdən üzr istəyirik".






















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru