Qaxın deputatı haqda ilginc faktlar... - oğlullarının İngiltərədə şirkətləri üzə çıxdı

15-06-2020, 11:00           
Qaxın deputatı haqda ilginc faktlar... -
Araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Facebook səhifəsində maraqlı məlumat paylaşıb. Cavanşir Həsənlinin sözlərinə görə, deputat Azər Kərimlinin böyük oğlu, 1988-ci il təvəllüdlü İlkin Kərimli bu ilin martından İngiltərədəki LIJARO ASSET MANAGEMENT (UK) LLP-nin şəhmdarları sırasına qatılıb.
Ötən il dekabrın 13-də qeydiyyatdan keçmiş şirkət 31 Maddox Street, London, England, W1S 2PB hüquqi ünvanında yerləşir.
Şirkətin aktivləri siyahısında Waverley Drive, Virginia Water, GU25 4PZ ünvanındakı 4 milyon funt sterlinqlik KINGS COPSE residensiyası da var.
Xatırladım ki, Azər Kərimlinin digər oğlu Fəxri Kərimli də 2018-ci ilin sentyabrın 13-də Londonda KARİMLİ LİMİTED (CARRIMLI LIMITED) şirkətini təsis edib.
Reyestr məlumatlarına görə bu şirkət də daşınmaz əmlak satışı ilə məşğuldur.
Qardaşlar 2007-ci ildən ki, Britaniyada yaşayırlar, İlkin İngiltərədəki Vestminster, Fəxri isə Oksford Universitetinin məzunudur. Hər ikisi son illərdə Londonda neft treyderi kimi fəaliyyət göstəriblər.
Azər Kərimli 2000-ci ildən Milli Məclisin deputatıdır, Qax rayonunu təmsil edir, camaat arasında “Parket Azər” kimi tanınıb. Onun adı Qaxda meşə zolaqlarının məhv edilməsində hallanır.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru