Sumqayıtda pul çıxmayan işə baş qoşmur - FOTOFAT
16-06-2020, 13:12

Teref.az yazır ki, redksiyamıza araşdırmasını təqdim edən meəllif yazır, hazırkı pandemiya şəraitində paytaxtımız Bakı şəhərində Nazirlər Kabinetinin müvafiq qərarına əsasən əhalinin mütamadi istifadə etdiyi ictimai nəqliyyatda və dayanacaqlarda Covid-19 virusundan qorunmaq üsulları barədə və digər sosial mövzuda marifləndirici məlumat lövhələri vurulub.
Lakin Sumqayıt şəhərində Nəqliyyat Departamenti öz kommersiya maraqlarını üstün tutaraq dayancaqları ödəniş müqabilində müxtəlif taksi şirkətlərinin sərəncamına verib. Avtobusların üstünü isə açıq satış bazarına çıxardaraq kim pulunu versə "burada sizin reklamınız ola bilər" lövhəsi vuraraq müştəri axtarışındadılar.
Daha sonra teref.az-a yazan müəllif qeyd edir ki,bir neçə gün öncə Sumqayıt İcra Hakimiyyətinin pandemiya ilə əlaqədar şəhər sakinlərinə etdiyi geniş müraciəti belə hətta kommersiya maraqlarına cavab vermədiyi və ödənişsiz olduğu üçün avtobuslarda quraşdırılmış monitorlarda yayımlamırlar. Səbəbsə sadədir : Sumqayıtda pul şıxmayan işə baş qoşulmur!
Fotofaktdan hər şey aydındır yəqin ki.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az



