Tofiq İbrahimov işdən çıxarılır - Ona cinayət işi açıla bilər

17-06-2020, 11:07           
Tofiq İbrahimov işdən çıxarılır - Ona cinayət işi açıla bilər
Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov vəzifəsindən azad oluna bilər. Bu barədə DİA.AZ-a bilgili qaynaqlar informasiya verib.

Xəbəri verən mənbə iddia edir ki, bu gün Ağdaşdan şikayətlərin artması və həmiçinin rayona ayrılan dövlət büdcəsi pullarının təyinatı üzrə xərclənməsində müşahidə olunan ciddi nöqsanlar İbrahimovla bağlı qərarın verilməsini labüdləşdirib.

DİA.AZ-a danışan mənbə iddia edir ki, işdən alındıqdan sonra icra başçısı ilə bağlı hüquqi işləmlər də aparıla bilər: "Belə bir məsələ müzakirə olunur".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru